Rafiq Tağının ölümündən bir il ötür
23/11/2012
Bu gün yazıçı-publisist Rafiq Tağının qətlindən bir il ötür.
Yazıçının yaxınları, dostları, ailə üzvləri mərhumun vəfatının ildönümü ilə əlaqədar onun məzarını ziyarət ediblər.
Rafiq Tağı ötən il noyabrın 19-da saat 22.00 radələrində işdən evə qayıdarkən yaşadığı binanın yaxınlığında naməlum şəxs tərəfindən çoxsaylı bıçaq xəsarətləri yetirilib. Bir neçə gün Klinik Tibbi Mərkəzdə müalicə olunan Rafiq Tağı noyabrın 23-də xəstəxanada dünyasını dəyişib.