Avanqard

Orxan Pamuk Tolstoy mükafatı aldı

03/11/2016

Orxan Pamuk “Yasnaya Polyana” mükafatına layiq görülüb. Xəbərə görə, mükafat “Xarici ədəbiyyat” kateqoriyasında yazıçının “Kafamda bir tuhaflık” romanına görə verilib.
 
“Yasnaya Polyana” mükafatının bu nominasiyası 2015-ci ildən verilir. Nominasiyada həm xarici müəlliflər, həm də ruscaya tərcümə olunmuş kitablar mükafatlandırılır. Xarici müəllif 1 milyon rubl, rusca tərcümə olunmuş kitab isə 200 min rubl əldə edir.
 
Xatırladaq ki, Orxan Pamukun mükafat aldığı “Kafamda bir tuhaflık” romanı 2015-ci ildə çap olunub. /kulis.az/

Digər Məqalələr