Avanqard

Nobelli yazıçı dünyasını dəyişdi

13/10/2016

Nobelli italyan yazıçı, rejissor və aktyor Dario Fo dünyasını dəyişdi.
Yazıçı on iki gün idi ki, səhhətiylə bağlı sıxıntılar yaşayır və müalicə olunurdu. İtaliyanın baş naziri Fonun ölümüylə bağlı başsağlığı verib.Siyasi həcv ustası olan Fo “Qəza nəticəsində ölüm”, “Ödənməyəcək, ödəmirik”, “Üzsüz” kimi tamaşaları ilə məşhur idi.O, Nobel mükafatına 1997-ci ildə layiq görülmüşdü. /kulis.az/

Digər Məqalələr