Avanqard

Nobel Komitəsi amerikalı şair və musiqiçi Bob Dilanla əlaqə yaratmaq cəhdlərini dayandırıb

19/10/2016

İsveç Akademiyası daha əvvəl ədəbiyyat üzrə Nobel mükafatına layiq gördüyü amerikalı şair və musiqiçi Bob Dilanla əlaqə yaratmaq cəhdlərini dayandırıb.

Bu barədə \"Report\" BBC-yə istinadən xəbər verir.

\"Biz indi heç nə etmirik. Mən onun nümayəndəsinə zəng etdim və elektron məktub göndərdim və qarşılığında dostcasına cavab aldım. Hələlik bu qədər kifayətdir\", - deyə akademiyanın daimi katibi Sara Danius bildirib.

Hələlik B.Dilanın dekabrın 10-nə təyin edilən mükafatlandırma mərasiminə gəlib-gəlməyəcəyi məlum deyil.

\"Gəlmək istəməzsə, gəlməyəcək. Amma istənilən halda onun şərəfinə böyük şənlik təşkil ediləcək\" - S.Darius jurnalistlərin diqqətinə çatdırıb.

B.Dilan oktyabrın 13-də Nobel laureatı olduğu bilinəndən bəri məsələyə heç bir reaksiya verməyib.
Xatırladaq ki, o, mahnıların sözlərinə görə Ədəbiyyat üzrə Nobel mükafatına layiq görülən ilk şəxs olub. /report.az/

Digər Məqalələr