Avanqard

Nicat Qafuroğlu ARB:24 Televiziyasının Baş Prodüseri təyin edilib

09/10/2018

Rejissor Nicat Qafuroğlu ARB:24 Televiziyasının Baş Prodüseri təyin edilib.

Bu barədə rejissor  Fecabook sosal şəbəkəsində məlumat verib: "ARB:24 Televiziyasının Baş Prodüseri təyin edildim."

Qeyd edık ki, Nicat Qafuroğlu 1984-cü ildə Kürdəmir rayonunda anadan olub.  Azərbaycan Dövlət Pedaqoji Universitetinin psixologiya ixtisası üzrə bakalavr və magistr təhsili alıb.

2002-ci ildə bir qrup gənc jurnalistlə "Gənclər üçün" adlı qəzet təsis edib. 2003-2005-ci illərdə "Ədalət" gündəlik ictimai-siyasi qəzetdə müxbir kimi fəaliyyət göstərib.

Daha sonra İctimai Televiziya və Radio Yayımları Şirkətinin xəbərlər departamentində müxbir, böyük redaktor və xəbərlər proqramının aparıcısı kimi fəaliyyət göstərib, "Gənclik meydanı" verilişinin müəllifi və aparıcı olub.

2010-cu ildə "Biz Production" MMC-ni təsis edib. 2010-2011-ci illərdə "Milli musiqilərin ekranlaşdırılması" layihəsini həyatab keçirib. "Ultionis” tammetrajlı bədii filmini ekranlaşdırıb.

2014-2016-cı illərdə Azərbaycanın ilk xəbər televiziyası Türkel TV-nin baş redaktoru olub. Həmçinin "Gündəm" gündəlik analitik-informasiya proqramının müəllif-aparıcısı olub. 100-lərlə araşdırma televiziya reportajının müəllifidir.

2016-cı ildən Aran Film Yaradıcılıq Mərkəzində rejissor kimi fəaliyyət göstərir.

2011-ci ildə "Aranda bir gün" adlı sənədli ekran əsəri ilə Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin keçirdiyi turizm filmləri festivalında "Ən yaxşı etnoqrafik film" nominasiyasında qalib olub.
Avanqard.net

Digər Məqalələr