Nəsiminin türk divanının əlyazma nüsxəsinin surəti Bakıya gətirilib
06/09/2018
AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun direktor müavini, filologiya elmləri doktoru Paşa Kərimov Tehranın Mulis kitabxanasından böyük Azərbaycan şairi İmadəddin Nəsiminin anadilli divanının – lirik şeirlər toplusunun yeni əlyazma nüsxəsinin surətini əldə edib.
İnstitutdan Azadinform-a verilən məlumata görə, 140 vərəqdən ibarət, nəstəliq xətti ilə köçürülmüş bu nüsxədə şairin “Nəsimi” təxəllüsü ilə bərabər “Hüsuyil”, “Seyyid” təxəllüsü ilə yazdığı şeirləri də vardır. /azadinform.az/