Avanqard

MKM-də internet səsvermə başladı

17/05/2013

Milli Kitab Mükafatında internet səsvermə başlayıb. 


Onluğa düşən əsərlərin hər birindən bir parça “Əli və Nino”-nun Facebook profilində  (https://www.facebook.com/aliandnino.azerbaijan) yerləşdiriləcək.

 

Oxucular həmin parça ilə tanış olaraq, istədikləri bir neçə əsərə səs verə bilərlər. Səsvermə mayın 20-i saat 10.00-a qədər davam edəcək. Səsvermə nəticəsində qalib gələn yazıçı xüsusi diplom ilə təltif olunacaq. 

 

Qeyd edək ki, internet səsvermə ayrıca keçirilir. /kulis.az/

Digər Məqalələr