Avanqard

Mirmehdi Ağaoğlu beynəlxalq müsabiqədə qalib oldu

15/12/2017

Kulis.azın redaktoru, yazıçı Mirmehdi Ağaoğlunun "85-ci gün” hekayəsi Dialoq və Əməkdaşlıq uğrunda İslam Əməkdaşlıq Təşkilatı Gənclər Forumunun keçirdiyi Birinci Qısa hekayə müsabiqəsində qalib olaraq, üç nəfərdən ibarət finalçılar arasına düşüb.
 
Qaliblərin mükafatlandırılması dekabrın 19-da İranın Şiraz şəhərində baş tutacaq.
Müsabiqənin məqsədi İslam Əməkdaşlığı Təşkilatına (İƏT) üzv olan ölkələrdəki gənclər hərəkatları, təşkilatları arasında əməkdaşlığı gücləndirmək, İƏT ölkələrinin bir-biri arasında daha çox tanıtdırılması, mədəni və maarifləndirici tədbirlərin həyata keçirilməsidir.
 
 Finalçıların hansının neçənci yer tutduğu mükafatlandırılma mərasimində açıqlanacaq.

Digər Məqalələr