“Metafizika” jurnalının 2021/2-ci sayı işıq üzü görüb
17/06/2021
“Metafizika” beynəlxalq fəlsəfi və fənlərarası araşdırmalar jurnalının sayca 14-cu nömrəsi işıq üzü görüb.
Nəşrin bu sayında Azərbaycan, türk, fars və ərəb dillərində məqalələr yer alıb. Belə ki, jurnalın bu sayında 1. İbrahim Bağırov və Ələddin Məlikovun “Sədrəddin Şiraziyə görə nəfsin hüdusu və onun bədənlə olan münasibəti” (türk dilində), 2. Rüstəm Hacıyevin “Şirvan torpağında Xızır və Musa izi” (Azərb. dilində), 3. Zeynəb Həcəmovanın “Sosial qavrayış və qarşılıqlı təsirin emosional zəka ilə əlaqəsinin sosial-psixoloji təhlili” (Azərb. dilində), 4. Aişə Əbdülvahid əs-Seyidin “Ərəb və türk əlifbaları: səs və yazı arasında” (ərəb dilində), 5. Bəhruz Gülmalıyevin “İbn Sina yaradıcılığının elmi-fəlsəfi aspektləri” (Azərb. dilində), 6. Tərlan Seyfullayev və Məhəmməd Həsən Zamaninin “Azərbaycan şərqşünaslığında islamşünaslığın tarixi və təkamülü” (fars dilində) məqalələr yer alıb.
Jurnal “International Index Copernicus”, “OCLC”, “Ideal Online”, “ISC”, “SID”, “Advanced Sciences Index” və digər nüfuzlu bazalarda qeydiyyata alınıb.
Qeyd edək ki, müxtəlif ölkələrdən tanınmış alimlərin təmsil olunduğu jurnalın baş redaktoru fəlsəfə üzrə elmlər doktoru, dosent Ələddin Məlikovdur. Altı dildə (Azərbaycan, ingilis, rus, türk, ərəb və fars) məqalə qəbul edən jurnal rüblükdür və sosial-humanitar elmlər sahəsində məqalə qəbul edir.
http://science.gov.az/az/forms/doktora-nauk-instituta-filosofii-i-sotsiologii/3869