Avanqard

Kinoşünası və rejissoru Aydın Dadaşov vəfat edib

15/03/2017

Azərbaycanın Əməkdar İncəsənət xadimi, kinoşünas və rejissor Aydın Dadaşov 65 yaşında dünyasını dəyişib.

\"Report\"un məlumatına görə, bu barədə mərhumun oğlu Orxan Dadaşov məlumat verib.

O, 1952-ci ildə Ağdam şəhərində anadan olub, 1972-ci ildə Azərbaycan Xalq Təsərrüfatı İnstitutu (indiki Azərbaycan Dövlət İqtisad Universiteti) iqtisad fakültəsini bitirib. 1980-ci ildə Leninqrad Dövlət Теаtr, Мusiqi və Kinematoqrafiya İnstitutunu (indiki Sankt-Peterburq Teatr Akademiyasının) dram sənəti fakültəsini,1982-ci ildə isə Moskvada ikiillik ali rejissorluq və ssenari kurslarını bitirib. 1975-ci ildə C.Cabbarlı adına Azərbaycan Kinostudiyasında bədii flimlər üzrə direktor, rejissor və rekdaktor kimi çalışıb. 1989-ci ildən Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin \"Televiziya və radio jurnalistikası\" kafedrasında çalışıb. 2000-ci ildən həmin kafedranın dosenti, 2006-cı ildən isə kafedranın professorudur. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin \"Kino və televiziya” fakültəsinin \"Kinoşünaslıq\" kafedrasının rəhbəri idi. /report.az/

Digər Məqalələr