Avanqard

Kənan Hacı - Yeni il gecəsi tənha qalanlara...

30/12/2013














Həyat
alın yazısını əzbərlədir
bütün tənhalara,
tənha adamların
təkadamlıq
xəyalplov qazanının dibində
yanmış arzular qalır...
toz basmış tavandan
hörümçək torutək asılır
alın yazıları,
özünü asmaq da olmur
alın yazılarından...
axşam evə dönəndə
görürsən otağa dadanmış pişik
yumrulanıb yatıb
kirli, soyuq yatağında,
alın yazısını murdarlayıb deyəsən,
bilmir ki,
alın yazısını dəyişmək olmur...
düymələri sökülmüş palto kimi
yaxası bağlanmır
sovxa ümidin,
üşüyürəm, üşüyürəm,
tərslikdən
alın yazısını yandırmaq olmur...


Avanqard.net

Digər Məqalələr