Avanqard

Kamal Abdullanın \"Yarımçıq əlyazma\" kitabının Londonda təqdimatı keçiriləcək

08/11/2013

Noyabrın 26-da Londonda Avropa Azərbaycan Cəmiyyətinin (TEAS) ev sahibliyi ilə Bakı Slavyan Universitetinin rektoru, professor Kamal Abdullanın ingilis dilinə tərcümə olunan \"Yarımçıq əlyazma\" əsərinin təqdimatı keçiriləcək.

TEAS-ın rəsmi saytının yaydığı məlumata görə tədbirdə professor Kamal Abdulla və kitabın tərcüməçisi Ənn Tomsonun təqdimatları olacaq.

Tədbirdə ALOFF teatrının aktyorları əsərin əsas səhnələrini ifa edəcək, mərasim sual-cavabla yekunlaşacaqdır. Kitabın nüsxələrini də əldə etmək mümkün olacaq.

Avanqard.net

Digər Məqalələr