Avanqard

Kamal Abdullanın əsərləri Litvada və Fransada

03/05/2013

Bu günlərdə Litvada nəşr olunan «Literatura Menas» jurnalında tanınmış yazıçı Kamal Abdullanın «Səhvlərimizin qrammatikası» silsiləsinldən olan «Korneliusun ölümü» hekayəs və onun Litvada nəşr olunmuş «Sehrbazlar dərəsi» romanı haqqında ədəbiyyatşünas Tomas Taşkauskasın böyük bir məqaləsi yer alıb.

Jurnalda yazıçının məşhur «Yarımçıq əlyazma» romanı ilə bağlı Fransadan gələn xəbərdə isə deyilir ki, roman «L. Harmattan» nəşriyyatında təkrar çap edilib. Romanın ikinci nəşrinin dizaynında müəyyən dəyişiyliklər edilib və Amerika nəşrində olduğu kimi «Müəllimlərimə və tələbələrimə» ithaf sözləri əlavə olunub.  /kulis.az/

Digər Məqalələr