Avanqard

Həmid Herisçidən imza günü - ELAN

26/09/2013

Tanınmış yazıçı Həmid Herisçinin bu günlərdə \"Zero\" nəşriyyatınmda çapdan çıxmış \"Portretlər\" adlı son kitabının təqdimat mərasimi keçiriləcək.

Nəşriyyatdan verilən xəbərə görə, təqdimat 28 sentyabr saat 17:00-da \"Baku Creativ Center\"-də baş tutacaq.

Mərasimdə oxucular kitabı müəllifin imzası ilə əldə etmək imkanı qazanacaqlar.

Oxucular, yazarlar və media nümayəndələri tədbirə dəvtlidir

Kitab indiyədək cavabı tapılmayan xüsusi müəmmalar, tapmacalarla zəngindir. Burada indiyə qədər eşitmədiyiniz və oxumadığınız cizgilərin çözümü - düyünü açılır. Əsərin xüsusi güzgü effekti var - 28 portret, 28 hekayə kimi də oxuna bilər.

Qeyd edək ki, \"Baku Creativ Center\" Bakı şəhəri, Həsən Abdullayev küç. 6 ünvanında (Axundov bağının yanı) yerləşir. Yeri tanımayanlar Axundov bağında qarşılanacaq. /qaynar.info/

Digər Məqalələr