Günay Əfəndiyeva Qazaxıstanın Bolqarıstandakı səfiri Temirtay İzbastin ilə müzakirələr aparıb
07/06/2022
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun
prezidenti Günay Əfəndiyeva Bolqarıstana rəsmi səfəri çərçivəsində
Qazaxıstan Respublikasının Bolqarıstandakı səfiri Temirtay İzbastin ilə
görüşüb. Görüşdə Fond ilə Qazaxıstan arasında əməkdaşlıq
münasibətlərinin gücləndirilməsi, Türk Dünyasının zəngin mədəni irsinin
beynəlxalq miqyasda təbliği ilə bağlı müzakirələr aparılıb. Səfir Türk
dünyasının maddi-mədəni dəyərlərinin tanıdılması yönündə Fondun
genişmiqyaslı fəaliyyətini yüksək qiymətləndirib.
Eyni zamanda Bolqarıstana səfəri çərçivəsində Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva və TÜRKPA-nın Baş katibi Mehmet Süreyya Er və Türkiyə Respublikasının Bolqarıstandakı səfiri Aylin Sekizkök ilə görüşüb. Görüşdə yaxın tərəfdaşlıq münasibətlərinin mövcudluğundan söz açılıb, Türk dünyasının mədəniyyəti və irsi ilə bağlı gələcək layihələrin birgə həyata keçirilməsi müzakirə olunub.