Avanqard

Gülnar Səmanın “Gül” gül kitabının təqdimatı olacaq

25/04/2016

Gənc yazar Gülnar Səmanın “Gül” gül kitabının təqdimatı olacaq.
AMEA-nın Ədəbiyyat İnstitutunun doktorantı, Azərbaycan Yazıçılar Birliyinin və Dünya Gənc Türk Yazarlar Birliyinin üzvü, Prezidentin təqaüd fondunun təqaüdçüsü gənc şair Gülnar Səmanın üçüncü kitabı olan “Gül” Azərbaycan Yazıçılar Birliyinin  “aybKitab” layihəsində nəşr edilmişdir. Kitabın təqdimatı 3  may saat 14:00-da AYB-nin Natəvan klubunda olacaq.

Layihənin rəhbəri AYB-nin mətbuat katibi Xəyal Rzadır. Ön sözün müəllifi filologiya üzrə elmlər doktoru  Vaqif Yusifli, redaktoru AYB-nin üzvü İbrahim İlyaslı, rəssamı isə Nəvai Metindir. Kitabdakı şeirlər “Dəli sevda” və “Bir dünya” fəsillərinə bölünür. Kitabda Gülnar Səmanın müxtəlif  dövrlərdə qələmə aldığı şeirlər cəmlənib.

Müəllifin ilk kitabı “Mən sehrli səmayam” (2001), ikinci kitabı “İçimdəki söhbətlər” (2011) adlanır.

Digər Məqalələr