Avanqard

Folklor İnstitutu daha bir beynəlxalq konfrans keçirməyə hazırlaşır

10/09/2018

Türkiyənin Mədəniyyət və Turizm Nazirliyinin təmsilçisi Səlma Kösəoğlu Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Folklor İnstitutunun qonağı olub.

İnstitutdan bildirilib ki, görüşdə Folklor İnstitutunun direktoru, akademik Muxtar İmanov rəhbərlik etdiyi qurumun tarixi, elmi-tədqiqat istiqamətləri, həyata keçirdiyi layihələr haqqında məlumat verib.

S.Kosəoğlu Türkiyənin Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə keçiriləcək “Unudulan sözlər yaşadılsın: “Divanü Lügat-it Türk” beynəlxalq konfransına Folklor İnstitutunun da təşkilatçı tərəf kimi qoşulmasını təklif edib. Bu konfransın sentyabrın 14-də Bakıda keçirilməsi qərara alınıb.

Azərtac

Digər Məqalələr