Avanqard

Fərid Hüseynin kitablarının təqdimatı keçirildi  

18/04/2013

Azərbaycan Yazıçılar Birliyinin “Natəvan” klubunda gənc şair-yazar Fərid Hüseynin “Qandalı görməsin” və “Dözmək üçün məşq” kitablarının təqdimat mərasimi keçirilib.

Kulis.Azın məlumatına görə tədbirdə şair Səlim Babullaoğlu, Qulu Ağsəs, Qismət, yazıçı Məmməd Oruc, Elçin Hüseynbəyli, Orxan Fikrətoğlu, tənqidçi Elnarə Akimova və başqa qonaqlar iştirak ediblər.

Səlim Babullaoğlu çıxış edərək Fərid Hüseynin yaradıcılığından və ötən il İranda həbs olunmasından, onun həbsxana xatirələrindən ərsəyə gələnə “Qandalı görməsin” kitabından danışıb.

Daha sonra Cavanşir Yusifli, Elçin Hüseynbəyli, Qismət, Elnarə Akimova və başqa qonaqlar çıxış edərək şairin yaradıcılığından və şəxsi keyfiyyətlərindən danışıblar.

Xatırladaq ki, Fərid Hüseynin “Dözmək üçün məşq” adlı kitabında onun qələmə aldığı şeirlər və esselər yer alıb. “Qandalı görməsin” kitabında isə ötən ilin aprel – sentyabr aylarında İranda həbsdə olmuş şairin həbsxana qeydləri yer alıb. /kulis.az/


24619_10200583639369717_2083821542_n.jpg

602125_10200583641289765_272516805_n.jpg

644623_10200583642209788_2053554264_n.jpg

522097_10200583648529946_654215485_n.jpg

543747_10200583642929806_1270833746_n.jpg

522101_10200583644609848_1179491260_n.jpg

532806_10200583645609873_1138150572_n.jpg

71416_10200583641089760_199145737_n.jpg

552966_10200583637449669_1900876068_n.jpg

3572_10200583648689950_391953927_n.jpg

Digər Məqalələr