Avanqard

Fərid Hüseyn Serbiya Yazıçılar Birliyinə üzv qəbul edilib

25/12/2019

Azərbaycan Yazıçılar Birliyinin Gənclər Şurasının sədri, şair Fərid Hüseyn Serbiya Yazıçılar Birliyinə üzv qəbul edilib.

Serbiya Yazıçılar Birliyinin bu qərarı barədə gənc şair açıqlamasında deyib: "Mən 4 dəfə Dünya Yazarlarının Belqrad görüşündə iştirak etmişəm. Bu il Belqraddakı "CompuTech" nəşriyyatında "Часови васпитань духа" - "Qəlbin tərbiyə dərsləri" - adlı şeirlər kitabım serb dilində işıq üzü gördüb. Hər iki ölkənin ədəbiyyatı qarşılıqlı şəkildə tərcümə olunur, maraqlı layihələr reallaşdıracağıq. Üzvülüyə layiq bilənlərə təşəkkür edirəm".

Digər Məqalələr