Avanqard

Əsəd Cahangirə vəzifə verildi

01/04/2014

Tənqidçi Əsəd Cahangir Azərbaycan Yazıçılar Birliyinin sədri Anarın qərarı ilə “Azərbaycan” jurnalına baş redaktorun müavini təyin edilib.
 
Bu barədə Əsəd Cahangirin özü məlumat verib.
 
Əsəd Cahangir indiyədək jurnalın tənqid və publisistika şöbəsinin rəhbəri idi.
 
Xatırladaq ki, bu günədək baş redaktorun müavini postunu tənqidçi Vaqif Yusifli tuturdu. O, bu postda 16 il çalışıb və bu yaxınlarda AMEA-nın Ədəbiyyat İnstitutunun Müasir ədəbiyyat bölməsinə müdir təyin olunduğu üçün vəzifəsindən istefa verib. /kulis.az/

Digər Məqalələr