Avanqard

Əkrəm Əylislinin həyat yodaşı işdən çıxması üçün ərizə yazdı

05/02/2013


Qalmaqallı “Daş yuxular” romanının müəllifi Əkrəm Əylislinin xanımı Qalina Aleksandrovna da işdən çıxması barədə ərizə yazıb.

Məlumata görə, o bu gün direktor işlədiyi Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 3 saylı filalına gələrək artıq işdə qala bilməyəcəyini deyib və Mərkəzləşdirilmiş Kitabxana Sisteminə təqdim etmək üçün ərizə yazıb. Qalina Aleksandrovna kitabxana əməkdaşlarına deyib ki, həyat yoldaşının yazdığı romana görə bu gün işdən çıxarılmış oğlu Nəcəf də atasına etiraz edib.

Yazıçının xanımı artıq Azərbaycanda qala bilməyəcəklərini və xarici ölkələrdən birinə köçməyə hazırlaşdıqlarını da bildirib.  Məlumata görə, Qalina Aleksandrovna göz yaşlarını da gizlədə bilməyib.

Qeyd edək ki, bu gün Qalina Aleksandrovnaya zəng olunub. Lakin onun mobil telefonun oğlu Nəcəf Naibov cavab verib və anasının evdə olmadığını deyib. /teleqraf.az/

Digər Məqalələr