Avanqard

Ədəbiyyat İnstitutunun əməkdaşı Pərvanə Məmmədli beynəlxalq konfransda iştirak edib

04/06/2019

AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun əməkdaşı Pərvanə Məmmədli Almaniyada  keçirilən beynəlxalq konfransda iştirak edib.

AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun aparıcı elmi işçisi dosent Pərvanə Məmmədli 02-05 may tarixlərində  Almaniyanın Berlin şəhərində keçirilən  III Beynəlxalq Sosial  və Bəşəri  Elmlər  konfransında  iştirak   edib. Konfrasa dünyanın müxtəlif  ölkələrindən 124  elm  adamı qatılmışdı. Pərvanə  Məmmədlinin “Postkolonial ədəbiyyatın layiqli  təmsilçisi”adlı çıxışı böyük  maraq doğurmuşdur. Məruzəçi öncə Azərbaycanın tarixi, mədəniyyəti ilə bağlı ümumi  məlumat  vermiş məruzəsinin  sonunda  isə mövzu ilə  bağlı verilən  sualları  cavablandırmışdır.
Bu da  danılmaz  faktdır ki, Almaniyada  yaşayan soydaqşlarımızın  arasında  Cənubdan olan  azərbaycanlılar  çoxluq  təşkil  edir. P.Məmmədli fürsət  tapıb Almaniyada  yaşayan diaspor  fəalları  ilə də görüşmüş, radioya müsahibə vermişdir. Tədqiqatçı Cənubi  Azərbaycanın ədəbiyyatı  və  mətbuatının ciddi  araşdırıçısı kimi tanındığından Berlindəki “İşıq  yol – Azərbaycan  Kültür  və Ədəbiyyat” dərnəyində keçirilən dəyirmi  masada bəhs olunan  mövzuda geniş məruzə etmişdir.
Tanınmış güneyli  fəal və şair, Şərifə Cəfərinin başçılığı ilə keçirilən konfransda  məşhur  soydaşlarımız  klassik  ədəbiyyatımızın tanınmış araşdırıcısı Məhəmmədəli  Hüseyni, şair, nasir və  tərcüməçi Əziz Səlami bir çox  sənət  ustaları  eləcə də qardaş Türkiyənin ədəbiyyat və siyasət adamları da  qatılmışdılar.



























































































































































Digər Məqalələr