Avanqard

“Deaf Community” 2 yaşında - Fotolar

05/02/2019

Fevralın 2-də eşitmə və nitq məhdudiyyətli insanlar üçün fəaliyyət göstərən “Deaf Community” komandası Nizami Kino Mərkəzində 2 yaşını qeyd edib.
"Çünki gəncsən" adlanan tədbir ad günü ilə yanaşı eşitmə və nitq məhdudiyyətli gənclərin Gənclər gününə həsr olunub.
Komandanın qurucusu və rəhbəri Nuranə Abıyeva, baş surdotərcüməçi Arzu Babayeva, baş təlimçi Turan Məmmədli, dizayn və çəkiliş işlərini həyata keçirən Ülkər Qəhrəmanova, inzibati işlər üzrə məsul şəxsi Nazilə Ələkbərova çıxış edərək komandanın iki illik fəaliyyətindən söz açıblar. 
Komandanın 2 illik fəaliyyətini əks etdirən video-çarx izləndikdən sonra tədbir Səmra Rəhimova, Elnarə Xəlilova, Ramil Nabranın ifaları ilə davam edib. Səsləndirilən mahnılar jest dilinə Nuranə Abıyeva tərəfindən tərcűmə olunub.
Tədbirdə iştirak edən tanınmış xeyriyyəçi Hacı Nuran, "Mənim Mələklərim" layihəsinin rəhbəri İlahə Abdullayeva, aktyor Taleh Yüzbəyov və Kikboksinq üzrə Azərbaycan çempionu Fuad Həşimi məhdudiyyətli gənclərin gűnünu təbrik edib, dəstəklərini nümayiş etdiriblər
rt83394252.jpg
as49213421.jpg
yu40112011.jpg
as70594959.jpg
ty14157748.jpg
fg10569868.jpg

Digər Məqalələr