Avanqard

Cavid Zeynallı Dram Teatrının mətbuat xidmətinin rəhbəri təyin olunub

01/10/2015

APA-nın əməkdaşı Cavid Zeynallı Akademik Milli Dram Teatrının mətbuat xidmətinin rəhbəri təyin olunub.

Məlumata görə, Elçin Cəfərovun mətbuat katibi vəzifəsindən istefasından sonra boş qalan posta İsrafil İsrafilov məhz Cavid Zeynallını təyin edib.

Xatırladaq ki, E.Cəfərov işdən çıxmasını vaxt azlığı ilə əlaqələndirmişdi.

Həmkarımıza yeni işində uğurlar arzulayırıq. /olke.az/

Digər Məqalələr