Avanqard

Azərbaycan yazıçıları Beynəlxalq Belqrad toplantısında iştirak edir

16/09/2014

Azərbaycan yazıçıları Beynəlxalq Belqrad toplantısında iştirak edir.

Serbiyanın Belqrad şəhərində yazıçıların 51-ci Beynəlxalq Belqrad toplantısı işə başlayıb.

Azərbaycan Yazıçılar Birliyinin mətbuat xidmətindən bildiriblər ki, bu mötəbər toplantıda Azərbaycan yazıçıları da iştirak edir.

Toplantı çərçivəsində yazıçılarımız bir sıra serb nəşriyyatları və ədəbi dərgiləri, tərcümə mərkəzləri ilə görüşlər keçirəcək, tədbirə qatılmış digər xalqların söz adamları ilə fikir mübadiləsi aparacaq, konkret layihələr təqdim edəcək, əməkdaşlıq sənədləri imzalayacaqlar. /AzərTAc/

Digər Məqalələr