Avanqard

Azər Turan vəzifəsinin icrasına başlayıb

01/10/2014

Azər Turan vəzifəsinin icrasına başlayıb.

Bu gündən Azər Turan \"Ədəbiyyat qəzeti\"ndə baş redaktor vəzifəsinin icrasına başlayıb. Bunu \"Avanqrad.net\"-ə açıqlamasında Azər Turan özü də təsdiq edib. O bildirib ki, Azərbaycan Yazıçılar Birliyinin rəhbərliyi tərəfindən bu vəzifəyə təyin olunub və artıq baş redaktor kimi fəaliyyətə başlayıb.

Qeyd edək ki, “Ədəbiyyat qəzeti”nin yeni baş redaktoru Elçin Hüseynbəyli öz istəyi ilə tutduğu vəzifədən istefa verib. Elçin Hüseynbəyli istefasını qəzetdə işlərin çoxluğu və yaradıcılıq işlərinə vaxtının az qalması ilə əlaqələndirib.
 
Avanqard.net

Digər Məqalələr