Avanqard

Azad Yazarlar Ocağı yeni sədr seçdi

17/10/2016

Azad Yazarlar Ocağının dünən keçirilən toplantısında yazıçı, şair və rəssam Fərhad Yalquzaq 1 il müddətinə AYO-nun sədri seçilib.

Fərhad Yalquzağın indiyədək bir neçə kitabı, həmçinin bədii tərcümələri çapdan çıxıb. O 2010-cu ildən bu qurumun üzvüdür.

AYO 2001-ci ildə yaradılıb. İlk sədri Rasim Qaraca olub. Daha sonra quruma Rafiq Tağı, Seymur Baycan, Aqşin Yenisey, Günel Mövlud və Namiq Hüseyinli, Fərican Yarən rəhbərlik ediblər.

Xatırladaq ki, AYO-nun qurucularından Rasim Qaraca bu yaxınlarda Oxu Zalına müsahibəsində ölkədəki ədəbi mühitin get-gedə cılızlanmasından və buna müvafiq AYO-nun da zəifləməsindən danışıb. /oxuzali.az/

Digər Məqalələr