Avanqard

AYO yazıçı Vaqif Nəsibin romanlarının çap üçün müraciət etdi

02/05/2014

Azad Yazarlar Ocağı yazıçı Vaqif Nəsibin romanlarını çap etmək üçün kampaniyaya başlayıb.
 
Təşkilat bu məqsədlə müraciət hazırlayıb:
 
“Yazıçı Vaqif Nəsibin 75 yaşı var. Sovet dövründə 10 kitabı (şeir, hekayə və romanlar) nəşr olunub. Son kitabı 1986-cı ildə nəşr olunub.  O vaxtdan bəri Vaqif Nəsib dissident həyatı yaşayır. Azərbaycan Yazıçılar Birliyi bu yazıçını, sözün birbaşa mənasında, saymır.

Son dərəcə ehtiyac içində yaşayan Vaqif Nəsibin hal-hazırda çap olunacaq 4 romanı var. Azad Yazarlar Ocağı olaraq bu qiymətli yazıçımızın əsərlərinin nəşr olunmasını qarşımıza məqsəd qoymuşuq. Bu məqsədlə ictimaiyyətə müraciət edirik. Vaqif Nəsibin romanlarının nəşr olunması üçün yardımlarımızı əsirgəməyək”. 

Digər Məqalələr