Avanqard

AYO-ya yeni sədr seçildi

18/12/2013

Dünən axşam saatlarında Bakitab-da Azad Yazarlar Ocağının toplantısı keçirilib. Qurumun son illərki fəaliyyəti ilə bağlı müzakirələr aparlıb və yeni sədr seçilib.

Üzvlərin səs çoxluğu ilə, yazıçı-tərcüməçi Namiq Hüseynli növbəti bir ildə AYO-ya rəhbərlik edəcək.

AYO yeni nəsil Azərbaycan yazıçılarının müstəqil təşkilatıdır, 2001-ci ildə yaradılıb. İlk sədri Rasim Qaraca olub.

Daha sonra quruma Rafiq Tağı, Seymur Baycan, Aqşin Yenisey və Günel Mövlud rəhbərlik ediblər.

Namiq Hüseyinli 1986-cı ildə anadan olub. “Ağac” tərcümə dərgisinin redaktorudur. Alman və rus dillərindən tərcümə kitablarının müəllifidir. Hal-hazırda Azadlıq Radiosunda çalışır. /qaynar.info/

Digər Məqalələr