Avanqard

AYB yeni müsabiqə elan etdi

05/04/2016

Azərbaycan Yazıçılar birliyinin Güney Azərbaycan şöbəsi Türk Dünyası ədəbi birliyinin gücləndirilməsi və uşaq ədəbiyyatın inkişafına dəstək məqsədi ilə \"Türk Dünyası Uşaq Ədəbiyyatı Mükafatı\" təsis etmişdir.

Əsər qəbulu cari ilin aprel ayının 5-dən iyun ayının 5-nə qədər dəvam edəcəkdir. Layihə  aşağıda qeyd olunan 3 ədəbi janr istiqamətində aparılacaqdır. Müsabiqəyə hər janr üzrə yalnız bir əsər qəbul olunur. Hər janr üzrə bir nəfər əsas mükafat və iki nəfər  isə fəxri diplomla təltif ediləcəkdir. Əsərləri aşağıda qeyd olunan e-mail ünvanına göndərəməyiniz xahiş olunur.

Mükafatlandırma mərasiminin keçirilməsi cari ilin oktyabr ayında nəzərdə tutulur.
 
1-Uşaq ədəbiyyatı haqqında ən yaxşı hekayə
2-Uşaq ədəbiyyatı haqqında ən yaxşı şeir
3-Uşaq ədəbiyyatı haqqında ən yaxşı araşdırma məqalə
 
E-mail ünvan: [email protected]

/ayb.az/

Digər Məqalələr