Avanqard

AYB yeni baş redaktor təyin etdi

16/09/2013

Azərbaycan Yazıçılar Birliyinin (AYB) təsisçisi olduğu “Qobustan” incəsənət jurnalına yeni baş redaktor təyin edilib.

AYB-dən bildiriblər ki, 1969-cu ildən fəaliyyət göstərən jurnalın ilk baş redaktoru Anar, sonralar Fikrət Qoca və son 10 ildə şair Ələkbər Salahzadə olmuşlar. Sonuncu baş redaktor bu yaxınlarda dünyasını dəyişib.

AYB-nin rəhbərliyi jurnalist, yazıçı – dramaturq, tərcüməçi, “Qobustan”ın nəşrə başladığı ilk günlərdən onunla sıx əməkdaşlıq edən Vaqif Əlixanlını jurnala yeni baş redaktor təyin edib. /AzərTAc/

Digər Məqalələr