Avanqard

AYB-nin qurultayı iyunun 17-də keçiriləcək

22/04/2014

Azərbaycan Yazıçılar Birliyinin qurultayı iyunun 17-də keçiriləcək.

Azərbaycan Yazıçılar Birliyi Katibliyinin növbəti toplantısı keçirilib.

Birliyin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, toplantıda Yazıçılar Birliyinin qurultayının və yubiley tədbirinin keçiriləcəyi gün, iştirak edəcək ölkələr və dəvət olunacaq xarici qonaqların siyahısı müzakirə olunub: “Qərara alınıb ki, qurultay iyun ayının 17-də, Yazıçılar Birliyinin 80 illik yubiley tədbiri isə iyun ayının 18-də keçirilsin. Yubileyə 20-dən atıq ölkədən qonaqlar dəvət ediləcək”.
 
Birlikdən əlavə ediblər ki, qurultay Gənc Tamaşaçılar Teatrında, 80 illik yubiley tədbiri isə Beynəlxalq Muğam Mərkəzində keçiriləcək. /APA/

Digər Məqalələr