Avanqard

Aqşin Yenisey yumor saytının redaktoru oldu

22/07/2015

Azərbaycanın yeganə yumor və karikatura saytı Kirpi.info bu gündən yeni dizayn və ən əsası, yeni komanda ilə fəaliyyətə başlayır.

Saytın yeni redaktoru, tanınmış şair-publisist Aqşin Yeniseydir. O bildirib ki, saytdakı materialların demək olar, hamısı orijinal olacaq, Azərbaycan gündəmi üçün maraqlı mövzular yumor prizmasından oxuculara çatdırılacaq.

Aqşin Yenisey yumor üslubunda yazan müəlliflərlə əməkdaşlıq ediləcəyini də vurğulayıb. /azvision.az/

Digər Məqalələr