Avanqard

Aqşin Yenisey də müsabiqədən imtina etdi

22/01/2013

Bakı Slavyan Universitetinin və  Azərbaycan Yazıçılar Birliyinin birgə keçirdiyi Ədəbiyyat Müsabiqəsinə şeirlər kitabını təqdim etmiş Aqşin Yenisey müsabiqədə iştirakından imtina etdiyini açıqlayıb:

“Mən elə bilirdim ki, nəhayət, gerçək ədəbiyyat müsabiqəsi keçiriləcək. Buna görə kitabı təqdim etmişdim.

Üstündən üç gün keçməmiş mətbuatda müsabiqə ilə bağlı rüsvayçı yazılara rast gəldim.

Şəxsi, təmənnalı münasibətlər, ədəbiyyatımızın “küpəgirən qarılarının” dedi-qoduları, ölüm ayağında olan qocaların yaşamağa yeni başlayan gənclərin həyatına paxıllığı...

Bunlar Hüqo olmaq istəyirdilər, amma belləri əyilsə də Qvazemoda da ola bilmədilər.

Mən bu müsabiqədən yazdığım şeirin namusunu qorumaq üçün imtina edirəm. İstəmirəm ki, şeirlərim bu ədəbiyyatın “əxlaqsızlıq yuvasında” yaxalansın və oxucuların qarşısına üzünü örtmüş utancaq halda çıxsın.

Bu imtinanı alnı açıq, üzü ağ olan bütün şairlərin və şeirlərin şərəfinə edirəm”.

Bundan qabaq Aqşin Yeniseyin çalışdığı Bakı Slavyan Universitetinin rektoru, yazıçı Kamal Abdulla da vaxtının azlığını əsas gətirərək Münsiflər Heyətinin sədrliyindən getdiyini bəyan etmişdi. /kulis.az/

Digər Məqalələr