Avanqard

Anar: “Koronavirusa görə yaşlı üzvlərimizin işə gəlməsinə məhdudiyyət qoyulacaq”

15/03/2020

“Azərbaycan Yazıçılar Birliyi (AYB) koronavirus pandemiyasından qorunmaq üçün qabaqlayıcı tədbirlər həyata keçirəcək”.

Bunu açıqlamasında AYB-nin sədri, Xalq yazıçısı Anar Rzayev deyib. O bildirib ki, martın 16-dan etibarən birliyin fəaliyyəti məhdudlaşdırılacaq.

“Bəzi əməkdaşların, xüsusilə də yaşlı üzvlərin işə gəlməyinə məhdudiyyət qoyulacaq”, - A.Rzayev vurğulayıb.

Qeyd edək ki, Azərbaycan Nazirlər Kabineti yanında Operativ Qərargah martın 14-dən etibarən ölkə ərazisində bəzi sosial izolyasiya tədbirlərinin tətbiq olunması barədə qərar qəbul edib.  /Report.az/

Digər Məqalələr