Avanqard

Alpay Azərin “Şax Yeriyənlər” kitabının təqdimatı oldu

22/01/2013

Yanvarın 19-da Azərbaycan Avropa Hərəkatı təşkilatının ofisində “Müasir nəsr yazarları ilə görüş” keçirilib. Görüşdə həm də son illər hekayə ustası kimi tanınan yazar AlpayAzərin “Şax Yeriyənlər” adlı ilk kitabı təqdim edilib. Görüşdə iştirak edən “Yazı” ədəbiyyat dərgisinin redaktoru Azad Qaradərəli, gənc yazar Qismət Rüstəmov, şairə RəbiqəNazimqızı, Mövlud Mövlud kitab haqqında fikirlərini bildiriblər. Çıxış edənlər yazarın özünəməxsus yazı tərzindən, onun psixoloji hekayə janrı sahəsində yazdığı əsərlərindən bəhs edib.

Görüşdə həmçinin Azərbaycanda müasir nəsrin vəziyyəti, on il əvvələ görə nəsrdəki yeniliklər, irəliləyişlər müzakirə edilib. Çıxış edən yazarlar köşə yazarlığının nəsr ədəbiyyatına mənfi təsirindən, siyasi baxışlarında görə yazarlar arasında yaranan ikitirəlikdən, tərcümə ədəbiyyatının vəziyyətindən və s. problemlərdən bəhs edib.
Namiq Hüseynli


\"http://azlit.net/wp-content/uploads/2013/01/IMG_1393.jpg\"

\"http://azlit.net/wp-content/uploads/2013/01/IMG_1407.jpg\"

\"http://azlit.net/wp-content/uploads/2013/01/IMG_1426.jpg\"

\"http://azlit.net/wp-content/uploads/2013/01/IMG_1409.jpg\"

\"http://kulis.az/photos/alpay%20azer.jpg\"








Digər Məqalələr