Avanqard

Türkan Mehraliyeva - Dost dediyin...

15/01/2015

Zaman keçdikcə bəzi insanların eyni yerdə olmadığını görürük, ya zaman onları dəyişdirir ya da zaman bizə hər şeyi başa salır. Ən qəribəsi bilirsiniz nədi? Ən böyük fədakarlıq etdiyimiz insanlar belə çıxıb gedə bilirlər həyatımızdan və yenə ən qəribəsi odur ki, o gedənlər getdiklərində sadəcə özlərini düşünürlər.

Uzun bir yol düşünün və yola kimlər ilə çıxmaq istədiyinizi. Yolun sonu bilinmir, nələr olacağı görünmür... 
Əsas olan bu yola kimlər ilə və ya kim ilə çıxmağınızdı. Növbəti dayanacaqda tərk edilmək qorxusu olmadan, arxaya baxmadan, yolun sonuna qədər sizinlə olan bir kəs... 
Bir insan düşünün yanında özünün ola bildiyiniz, hər əlinizi uzatdıqda sizdən öncə sizə əlini uzadan olan,  siz yox deyəndə o hə deyə bilən, siz qara deyəndə o ağ deyə bilən bir söznən sizə dost ola bilən bir kəs. 

Hər kəs bir birinə dostdeyir. Əslində bu sözün altında olan ağır yükü bilmirlər bilsələr dost kəliməsini heç işlətməzlər. Indi bu yazını oxuduqca bu suala cavab tapın: Dost nədir?

Dost- mənası böyük həcmi kiçik olan bir söz.  Paylaşmağı öyrədir dost... Kədərini, sevincini, dinlədiyin gözəl bir musiqini, izlədiyin ən gözəl filmi hər şeyi paylaşırsan. Və bilirsənki doğru dostluq heç vaxt qurtarmaz, səni yarı yolda buraxmaz. Bu güvəni çox az sayda insan hiss etdirir  anan kimi bacın kimi heç vaxt sonlanmaz bir bağlılıqdır dostluq. Güvən verər, o isti gülümsəmələri ilə daxilinizi isidər, cəsarət verər,  hər kəs getsədə o qalar düz sizin üzünüzə baxar burdayam deyər, o hər zaman yaxınımızda olmasada  varlıqları ilə rahatlıq verər.

Təkcə sevildiyində deyil əsas sevilmədiyində yanında durub qolunnan tutmalı, tərifləməli hər kəsin yanında bir yerdə tək qalanda bütün günahlarını səhvlərini çəkinmədən deməli və sən elə güvənməlisənki tərifləyəndədə, sənə əsəbləşəndə də bunun yaxşılıqdan olduğunu bilməlisən.

Pul ilə ala bilmədiyimiz belə bir gözəllik ola ola niyə dostlarımızı vaxtı vaxtında axtarıb zeng eliyib danışmırıq? Pulu ilə almaq istədiyimiz bahalı əşyalar üçün nə qədər çalışdığımızı bir fikirləşin, amma bir dost qazanmaq nə qədər asan və ürəyimizlə edə biləcəyimiz bir iş. Sevdiklərimizin, yanımızda olanların dəyərini bilək  onlara hər an sevildiklərini hiss etdirək.
Ürəklərinizin bir yerdə döyündüyü, əhvalınızın pis olduğu vaxtlarda üzünüzü güldürən bir dost olmalı həyatınızda.

Bu gün xoşbəxtəm deyə bilərəm çünki həyatımda belə bir insan var, fikirləşmədən dost deyə bildiyim, nə zaman lazım oldu yanımda olmağı bacaran varlığını hiss etdirən insan yaxşı ki, bu dünyaya gəlmisən, yaxşı ki, varsan.

Digər Məqalələr