Avanqard

Şayəstə Yaqubova - Firuz Mustafa “At günü” əsərində qoyulan problemlər

10/02/2019

Avanqard.net Şayəstə Yaqubovanın Firuz Mustafanın “At günü” hekayəsi haqqında yazdığı məqaləni təqdim edir.

  Firuz  Mustafa  ədəbiyyatımızda nəsr  əsərləri  və dramları ilə  özünəməxsus  bir yer  tutub.İndi Firuz Mustafanın “At günü ” hekayəsindən söhbət açmaq istəyirəm. Yazıçı  bu  kiçik  nəsr  fomasında  böyük  fikirlər  əks etdirib. “At günü ” hekayəsi  triptix  janrda  yazılıb.”Qaçış”,”Intihar”,”Son” adlı hissələrdən ibarət olan əsər insan psixologiyasını,insani keyfiyyətlərin itirilməsini açıq şəkildə oxucuya göstərmişdir. .Bu Azərbaycan ədəbiyyatında bir ilkdir. Yazıçı bu yöndə ədəbiyyatımıza bir yenilik gətirdi. Əsərin özünəməxsus cəhətlərindən biri də yazıçınin əsərdəki obrazlara ad verməməsidir. Bəs yazıçı bununla nə demək istəyir?

     Əsərdəki  obrazların  xüsusiyyətləri   tək bir  və  ya bir neçə insana  aid  deyil.Buradakı  problemlər əslində  çox  təəssüf ki,hal-hazırki  bəşəriyyətin, insanlığın problemidir.Ona görə də əsərdə əsas  obraz kimi insan  götürülməlidir. Hekayədə  hadisələr elə cərəyan edir ki,bir yerdən sonra düşünürsən:”Heyvanlar  insanlardan daha əxlaqlı olmağa  başlayıb?”.Əsərdə kuliminasiya nöqtəsi  kimi isə mən  atın  bu əxlaqsızlığa  dözə bilməyib,özünü  yerə çırpıb intihar etməsini götürərdim.Bu səhnə  çox  təsirləndirici  idi.
  Firuz Mustafanın “at”ı ilə  İsmayəl Şıxlının “Dəli  Kür”ündə Cahandar  ağanın atını qarşılaşdırarkən  aradakı  fərqin çox böyük  olduğunu görə bilərik.”Dəli  Kür”də  görürük ki,Cahandar  ağanın  düşmənləri atının quyruğunu kəsirlər.Cahandar ağa  bu hadisəyə göz yuma bilmir,nə  qədər ağrılı olsa da öz atının canına qıyır.Çünki ,o dövrdə arvad,at,silah kişinin namusu sayılırdı.Dönüb “At  günü”əsərinə nəzər salanda burada atın nə qədər insanlar tərəfindən alçaldıldığını görürük.Bu da bizə dövr keçdikcə dünyanın nə qədər dəyişdiyinin,insanların insanlıqdan çıxdığının göstərgəsidir.Hekayədə biz  insanların qəddarlığının,hiyləgərliyinin şahidi oluruq. Bunu əsərdəki bu sitat da sübut edir:”Qonşu, heyvan nə qədər ayıq olsa da, biclikdə insana çata bilməz”.Burada daha bir faktı da görürük ki,insan cəmiyyətdəki mənfiləri görüb susmamalıdır.Əks təqdirdə hər şey çox gec ola bilər. Necə ki,əsərdə dayça sahibinin qonşusuna demək istəyib də deyə bilmədikləri kimi.Dayçanın sahibi pul ucbatından öz kəhərini satır,qonşusuna  qarşı  gələ bilməyib “günah”adlandırdığı işə  ortaq  olur.Amma içində qonşusuna nifrət edir,etdiklərinə düzgün baxmır.Bu iç səsi onun infarkt olmasına gətirib çıxarır.Biz nə qədər düzgün düşünsək də,əməlimizdə bunu göstərə bilmiriksə ,bu bizim  müsbət  insan olmağımıza dəlalət etmir. İnsanın  sözü,düşüncəsi ilə  əməli arasında uçurum olmamlıdır.Cəmiyyətin necə çirkləndiyini əsərdəki  bu cümlə daha  yaxşı təsvir edir:”Hər tərəf zülmətə qərq olmuşdu.Göydəki ulduzların nuru yeri işıqlandıra bilmirdi.”

Digər Məqalələr