                <![CDATA[Heydər Əliyev Sarayında Xalq şairi Səməd Vurğunun zəngin ədəbi irsinə həsr olunmuş ədəbi-bədii tədbir keçirilib.
Tədbir Azərbaycan Prezidenti İlham Əliyevin Səməd Vurğunun 120 illiyinin qeyd edilməsi haqqında Sərəncamına əsasən, Mədəniyyət Nazirliyi və Heydər Əliyev Sarayının təşkilatçılığı ilə reallaşdırılıb.
Yaradıcılıq gecəsində çıxış edən Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar bildirib ki, Səməd Vurğunun yaradıcılıq işığı bu gün də xalqımızın müxtəlif nəsillərinin nümayəndələrini Vətəni, torpağı və ana dilini sevməyə səsləyir.
Xalq yazıçısı qeyd edib ki, məktəb illərindən Səməd Vurğunun “Azərbaycan” şeirini əzbər bilirik və poeziyamızda bu qədər geniş yayılan başqa bir şeir tapmaq çətindir.
“Səməd Vurğun qəlblərdə yaşayır və bundan sonra da yaşayacaq. Çətin və mürəkkəb bir dövrdə fəaliyyət göstərən şair öz yaradıcılığı ilə xalqın yaddaşında silinməz iz qoyub. Onun “Vaqif” pyesi Azərbaycan xalqını məhv etməyin mümkünsüz olduğunu bir daha xatırladır. İllər keçsə də, şairin sözü və ideyaları hər zaman yaşayacaq və eşidiləcək”, – deyə Xalq yazıçısı vurğulayıb.
Tədbirin bədii hissəsində incəsənət ustaları şairin şeir və poemalarından parçalar səsləndirib, sözlərinə bəstələnmiş mahnıları ifa ediblər. Həmçinin Səməd Vurğunun həyat və yaradıcılığını əks etdirən videoxronika materialları nümayiş olunub. /Azərtac/]]>
                <![CDATA[Tamarit – İspaniyada tez-tez rast gəlinən mavritan toponimidir. Qranadanın ucqarında, Lorkanın ata mülkünün qonşuluğunda yerləşən Tamarit bağı (Uerta del Tamarit) şairin dayısı Qarsia Rodrigesə məxsus idi.
    Sevgi və tənhalıq mövzusunda yazdığı “Тamarit Divanı” (“Dıvan del Tamarıt”) şeirlər toplusunu Lorka “misraları əl-Həmranın divarlarına həkk olunmuş” ərəb-əndəlüs şairlərinin xatirəsinə ithaf edib. 
    Orta əsrlərin islam ədəbiyyatında poetik antologiyanın ənənəvi adı olan Divan bu kitabda sırf şərti xarakter daşıyır, çünki Lorka qəzəl və qəsidə janrı üçün mütləq sayılan klassik norma və qaydalara tam sərbəst yanaşır.  
    12 qəzəldən və 9 qəsidədən ibarət kitab 1934-cü ildə Qranada universitetinin nəşriyyatında, görkəmli ərəbşünas alim Emilio Qomesin ön sözüylə çap olunmalıydı. Lakin iş xeyli yubandığından həmin nəşr alınmadı, Lorka kitabı yalnız 1935-ci ildə tamamlaya bildi və “Tamarit Divanı” ilk dəfə şairin faciəli ölümündən dörd il sonra, 1940-cı ildə Nyu-Yorkda “Revista İspanika Moderna” dərgisində işıq üzü gördü. 
I. SUDA YARALANMIŞ ÇOCUĞA QƏSİDƏ 
Kaş quyu dibinə enə biləydim, 
kaş Qranadanın 
hündür divarına çıxa biləydim, 
qaranlıq suların şiş uclarıyla
deşilmiş ürəyə baxa biləydim.    
İnləyirdi, zarıyırdı 
canıyla əlləşən yaralı uşaq –
bir çələng də vardı başında onun
qandan, qırovdan.  
Qaldırırdı qılıncını
küləkdə quyular, çeşmələr, ovlar. 
Ah, bu qara sevda, 
bu iti xəncər!
Yox, soruşma məndən bu necə oldu –
bu nə qara gecə, 
nə ağ ölümdü?!
Dan yeri sökülən bu çöl nə çöldü –
bu səhra nə səhra,
bu qum nə qumdu?!
Boğazında qalan 
yatmış şəhərlə
tək-tənha uzanıb zarıyır tifil; 
yuxuda gördüyü fəvvarələrlə
acgöz yosunlardan qorunur tifil. 
Sanki bir-birinə sarılıb qalan
bir cüt yaşıl yağışdı 
can verən uşaqla 
can alan əcəl –
uşaq yerə uzanıb,
əcəl də əyilib onun üstünə. 
Quyunun dibinə 
enə bilsəydim, 
hasarın başına çıxa bilsəydim, 
yosunla doldurub ürəyimi mən
qaranlıq suların yaraladığı 
tifilin qəlbinə baxa bilsəydim.    
II. AĞI HAQQINDA QƏSİDƏ 
Xeyri yoxdu 
pəncərəni bağlamağın –
boz divarın arxasından 
eşidilən yalnız ağı.
Başqa heç nə eşidilməz –
nə cənnətdə mələklərin gülüşməsi,
nə həyətdə köpəklərin hürüşməsi;
tək bir ovcuma yerləşər 
bəlkə, min-min kaman səsi. 
Amma ağı – 
qosqoca bir mələkdir,
harda gəldi sülənən
qartımış bir köpəkdir;
ən birinci kamanıdır dünyanın,
göz yaşında boğulan bir küləkdir.
Və ətrafda 
heç nə yoxdur –
başqa heç nə, yalnız ağı.
III. BUDAQLARA QƏSİDƏ
Tamaritin göz oxşayan bağları
və bir sürü köpəyi var, iti var –
güdürlər ki, bu yaşıl budaqları
pis havalar nə vaxt qırar, sındırar.
Tamaritin alma budaqlarından 
salxım-salxım göz yaşları asılıb;
yer-göy yanır bülbülün ahlarından,
qırqovul da külü yığıb basdırır. 
Budaqlardı təkcə bizə oxşayan –
nə dərd cəkər, nə ağlayıb saç yolar;
elə rahat yatırlar ki, yağışda
bəs deyərsən hərəsi bir bağçadır.  
Bir cüt vadi suya batıb dizəcən 
gözləyirdi payız quraqlığını; 
ağır-ağır sürünürdü toranlıq,
sürüyürdü arxasınca budağı. 
Tamaritdə 
uşaqlar var bir topa, 
kəsdiriblər ağacların altını –
gözləyirlər ümidlə ki, yel qopar, 
qırıb-çatar sütül budaqlarımı. 
IV. ÇILPAQ UZANMIŞ QADINA QƏSİDƏ
Bu ağ, bu çılpaq bədən 
at nalları dəyməyən,  
bircə ot da bitməyən hamar torpaqdı, torpaq. 
Bu ağ, bu çılpaq bədən 
gümüşlə sərhədlənən, 
zamanın qapandığı yer üzündən bir soraq.  
Ah, bu bədənə baxmaq 
sütül gövdədən yana   
göz yaşları axıdan leysanı anlamaqdır; 
Bir ulduz işığına
həsrət qalan dənizin
qırışıq üzündəki xiffətə ağlamaqdır. 
Yataq otaqlarında 
nəğmə kimi qəfildən kükrəyən qanın səsi
və qılıncın şimşəktək parlayan sərt tiyəsi 
parçalayar bir anda sükutun yaxasını;
Sənsə bilməzsən onda,
anlamazsan heç zaman –
qurbağa ürəyinin harda saxlandığını, 
harda gizləndiyini bənövşə yuxusunun.
Ayaqların –
dartılıb gərilən köklər kimi, 
dodaqların sərhədsiz dan yerinə bənzəyir.
Yatağında – 
o islaq, o yaş güllərin altda 
çığırışan ölülər növbəsini gözləyir. 
V. AÇIQ HAVADAKI YUXUYA QƏSİDƏ
Jasmin çiçəyi.  
Bir də öldürülmüş bir buğa.
Səhər. Uzun daş səki. Salon. Arfa. Xəritə. 
Bir buğa zənn eləyir o jasmini qızcığaz,
buğanı da – toranda qan ağlayan böyürtü. 
Göy üzü bənzəsəydi balaca bir oğlana,
qapqara görünərdi jasminlər həmin gecə
və buğa da tapardı çoxdan arzuladığı 
o mavi arenanı bir sütun dibindəcə.
Amma neyləyəsən ki, göy üzü bir nəhəng fil,
o jasmin də eləcə qanı çəkilmiş sudur. 
Qızcığazsa gecənin yuxusunda elə bil
daş səkiyə atılmış bir çiçək dəstəsidir.
Jasmin çiçəyi.  
Bir də öldürülmüş bir buğa. 
Fil qarmağı və yatmış adamlar var arada. 
Jasminin ürəyində fillər, bir də buludlar
və qızın skeleti öldürülmüş buğada.
VI. HEÇ VAXT OLMAYACAQ ƏL HAQQINDA QƏSİDƏ 
Kaş bir əlim olsun, yaralı bir əl –
başqa istəyim yox, umacağım yox. 
Kaş bir əlim olsun, yaralı bir əl –
nə yataq gərəkdir mənə, nə yuxu. 
Qonaydı sinəmə göyərçin kimi, 
ya da lap sapsarı zanbaq olaydı;  
can verdiyim gecə gözətçim kimi
Ayı otağıma buraxmayaydı. 
Mənim istədiyim yalnız o əldir –
yanımı kəsdirib dursun hər zaman.
Mənim istədiyim yalnız o əldir –
tutsun ölümümün bir qanadından.
O əldən savayı
qalan hər nə varsa keçib gedəndi.
O əldən savayı
qalan hər şey yalan, hər şey hədərdi.  
Hər şey solub gedir günün birində –
adsız işıq olsun, ya parlaq ulduz. 
Xəzan yarpaqları uçub gedəndə
ardınca ağlayan küləkdi yalnız.
VII. QIZILGÜLƏ QƏSİDƏ
Yerdən üzülüncə
qızılgül vaz keçdi sübh şəfəqindən;
günəşdən, işıqdan heç nə ummadı –
özgə bir şey aradı.  
Nə bürkü istədi,
nə də həsrətini çəkdi kölgənin;
nə yuxunu seçdi, nə də gerçəyi –
özgə bir şey aradı. 
Ay işığındaca
donmuşdu, qalmışdı eləcə səssiz. 
Yox, gül aramadı göydə qızılgül –
özgə bir şey aradı. 
VIII. ALTUN QIZA QƏSİDƏ
Göy sular axşamüstü
qızararkən büsbütün
çayda bir qız çimirdi, 
bədəni buz kimiydi. 
Budaqlar və yosunlar
ağ qıza dağ çəkirdi; 
Bülbül də qorxusundan
gizlicə ah çəkirdi.
Yetişdi Aylı gecə,    
gümüşə döndü ürək;
yalın dağlar boyunca
əsdi qaranlıq külək.
Qızsa suyun içində
eləcə ağarırdı –
odundan, atəşindən 
çayı alov sarırdı. 
İşıqlanan üfüqdən  
keçdi getdi inəklər. 
Altun qız ağ kəfəndə,
başında buz çələnglər. 
Od içində çimən qız
gözündən yaş tökürdü;
qanadları alışmış  
bülbül də hönkürürdü. 
Ağappaq vağ quşuna 
dönmüşdü altun bədən, 
qızıl suyun üzündə 
qızarırdı get-gedə.
IX. QƏRİBƏ QUMRULAR HAQQINDA QƏSİDƏ
Bir cüt kədərli qumruydu –
dəfnə budağında oturmuşdular.
Biri Günəş, biri Aydı –
mənə qəmli-qəmli yas tutmuşdular.
Aydan soruşdum: “Ay bacı,
de görüm, məzarım mənim hardadı?”
“Köksümdədir”, – söylədi Ay,   
Günəş də tez açdı qanadlarını. 
Qurşağacan batıb yerə 
beləcə gedərkən gördüm uzaqda –
İki qar qartalı uçdu göylərə,
bir də bir çılpaq qız gəzir qıraqda. 
Qartalların biri o birisiydi,
çılpaq qızsa heç biri. 
Üz tutdum qoşa qartala:
“Bacılar, məzarım mənim hardadı?”
“Köksümdədir”, – biri dedi;   
o biri tez yığdı qanadlarını. 
Və mən qartal kölgəsində
iki qumru gördüm – oturmuşdular. 
Və mən dəfnə budağında 
iki qumru gördüm – yas tutmuşdular.
Biri Günəş, biri Aydı –
biri o biriydi, heç biri yoxdu. 
Yox idilər ayrı-ayrı –
hər ikisi birdi, heç biri yoxdu. 
Fərqi yox, 
gerçəkdi, yoxsa yuxuydu,  
ölüydü, diriydi – heç biri yoxdu.
Çevirəni Mahir N. Qarayev (ispancadan sətri tərcümə əsasında) ]]>
                <![CDATA[Azərbaycan Milli Elmlər Akademiyası Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda “Humanitar elmlərdə süni intellektin tətbiqi” proqramının “Nəzəri baza” adlı 1-ci moduluna həsr olunmuş tədbir keçirilib.
Tədbirdə Ədəbiyyat İnstitutunun direktor müavini filologiya elmləri doktoru, dosent Mehman Həsənli, AMEA RH Rəqəmsal Akademiya, Süni intellekt və Elektron xidmətlər şöbəsinin müdiri, riyaziyyat üzrə fəlsəfə doktoru, dosent Fariz İmranov, İnstitutun gənc alimləri və digərləri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan institutun direktor müavini Mehman Həsənli Ədəbiyyat İnstitutunda rəqəmsallaşma və süni intellekt sahəsində görülən işlərdən danışıb. Bildirib ki, müasirliyin tələbi olan rəqəmsallaşma da humanitar elmlərdə tətbiq edilməlidir. Süni intellek bizimlə addımlayaraq dostumuza çevrilməlidir – deyə ondan düzgün istifadənin faydalarını vurğulayıb.
Sonra AMEA Rəqəmsal Akademiya, Süni intellekt və Elektron xidmətlər şöbəsinin əməkdaşı Aygün Əliyeva mövzu ilə bağlı təlim keçib, iştirakçıların suallarını cavablandırıb. //
                <![CDATA[Azərbaycan Milli Elmlər Akademiyası Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun direktor müavini, filologiya elmləri doktoru Mehman Həsənli Mirzə Uluqbəy adına Özbəkistan Milli Universitetində keçirilən Beynəlxalq elmi konfransın plenar iclasında məruzə ilə çıxış edib.
Konfrans özbək cədidçilik hərəkatının görkəmli nümayəndələrindən olan Əbdürrauf Fitrətin anadan olmasının 140 illiyinə həsr olunub. “Professor Əbdürrauf Fitrətin ədəbi-elmi və ictimai-siyasi fəaliyyəti dünya cədidşünaslığı kontekstində” mövzusunda təşkil edilən konfransın plenar və bölmə iclaslarında 50-dən çox elmi məruzə dinlənilib.
Qeyd edək ki, Mehman Həsənli uzun illərdir XX əsrin əvvəlləri özbək cədidçiliyi və Əbdürrauf Fitrətin yaradıcılığı ilə bağlı elmi araşdırmalar aparır. Alimin bu istiqamətdə çoxsaylı elmi məqalələri müxtəlif akademik nəşrlərdə dərc olunub, beynəlxalq konfranslarda məruzələr edib.
Ötən il müəllifin “Əbdürrauf Fitrət və özbək cədidçiliyi” adlı elmi monoqrafiyası nəşr olunub. Beynəlxalq konfrans çərçivəsində sözügedən monoqrafiya təqdim edilib.
                <![CDATA["Azərbaycan Televiziya və Radio Verilişləri" Qapalı Səhmdar Cəmiyyətində yeni sənədli film hazırlanaraq tamaşaçılara təqdim olunub. “Anın tarixi” layihəsi çərçivəsində hazırlanan film-hekayə “" Gülüstan müqaviləsi” adlanır.
Filmdə 1813-cü ilin 12 oktyabr tarixində Rusiya imperiyası ilə Qacar dövləti arasında imzalanan Gülüstan müqaviləsindən bəhs edilir. 1804-cü ildən 1813-cü ilə qədər davam edən Birinci Rusiya-İran müharibəsi zamanı baş verən hadisələr də bədii və sənədli təsvirlərlə filmdə əks etdirilib.
Filmin ssenari müəllifi və prodüseri Səxavət Sahil, quruluşçu rejissoru Ramina Qarayevadır.
                <![CDATA[Bəzən insanı yaş böyütmür…Bəzən bir gecə böyüdür.Bir xəbər, bir yoxluq, bir ağrı böyüdür insanı.Elə Xanış kişini də bir gecənin içində uşaqlıqdan alıb həyatın ən ağır yerinə qoymuşdu tale…
Qubadlı torpağında dünyaya gəlmişdi Xanış. Sadə kənd uşağı idi. O da hər uşaq kimi oynamaq, gülmək, qayğısız böyümək istəyirdi. Amma həyat onun üçün başqa tale yazmışdı. Onlar 7 bacı-qardaş idilər. Evlərinin dirəyi olan ataları müharibəyə getdi… və bir daha geri qayıtmadı. Nə məzarı bilinən oldu, nə yolu görünən… “İtkin” dedilər. Amma bir ailə üçün “itkin” sözü ümidlə ölüm arasında qalan ən ağır sözdür.Ana isə bu dərdin ağırlığını daşıya bilmədi.“Bu 7 uşağı mən necə böyüdəcəyəm?” deyə-deyə ürəyi dayandı.Bir evin çırağı söndü o gün.O gecə yalnız bir ana ölmədi…O gecə bir uşağın uşaqlığı da öldü.Səhər açılanda artıq o evdə 7 uşaq yox idi.Bir Xanış vardı… bir də onun himayəsinə qalan 6 körpə…Həmin gündən sonra Xanış daha qardaş olmadı, oğul olmadı, uşaq olmadı…O gündən “dədə” oldu.
Müharibənin ağır illəri idi. Yoxsulluq vardı. Çətinlik vardı. Kənd həyatı vardı. Çörək tapmağın belə mübarizə olduğu zamanlar idi. Amma balaca Xanış heç vaxt “bacarmaram” demədi. Çünki onun arxasında gizlənəcək kimsəsi yox idi. Arxasında dayanan yox idi… əksinə, altı balaca uşaq onun arxasında dayanmışdı.
Qoca nənələri vardı yanında. Xanış səhər tezdən bacı-qardaşlarını nənəsinin başına yığar, özü isə kəndin bütün ağır işlərinə qaçardı. Kolxoz işləri, odun daşımaq, heyvanlara baxmaq... Hansı iş olurdusa görərdi. Yetər ki, axşam evə əliboş dönməsin. Yetər ki, o balaca uşaqlar ac yatmasın.Bəzən özü ac qalardı, amma bacı-qardaşlarına hiss etdirməzdi.Bəzən yorğunluqdan ayaq üstə güclə dayanardı, amma yenə gülümsəyərdi.Çünki o yaşında anlamışdı - anlamışdı ki o ağlasa, o ev dağılacaq…Kənd camaatı heyrətlə baxardı ona.Çünki bir uşağın çiyinlərinə bu qədər yük düşərdi, amma o uşaq sınmazdı.Balaca bədəni vardı, amma içində böyük bir dağ iradəsi yaşayırdı.Onun bu cəsarəti, bu məsuliyyəti təkcə kəndin yox, dövrün böyük dövlətinin də diqqətini çəkmişdi. Hətta Sovet Sosialist Respublikaları İttifaqı belə onu əsgərlikdən azad etmişdi. Çünki Xanış artıq bir evin atası sayılırdı. Himayəsində 6 uşaq vardı.Amma Xanış bununla dayanmadı.O sadəcə bacı-qardaşlarını böyütmədi…Onlara ata oldu, ana oldu, yol oldu, dayaq oldu.Qardaşlarını oxutdu. Ali təhsil almalarına səbəb oldu. Bacılarını gəlin köçürdü, yuva sahibi etdi. Hər birinin həyatında öz əli, öz zəhməti, öz alın təri vardı. Onların uğurunda Xanışın yuxusuz gecələri yatırdı.Ən qəribəsi isə budur ki, o heç vaxt etdiklərini qəhrəmanlıq saymadı.Çünki o bunları borc bilirdi.Ailə borcu. Vicdan borcu. İnsanlıq borcu…
  İllər keçdi…  O balaca, çiyinlərinə dünyadan ağır yük qoyulan uşaq qocaldı. Əlləri qabar bağladı,   saçları ağardı, baxışları dərinləşdi… Amma kənddə heç kim ona sadəcə “Xanış” demədi.     Hamı onu “Xanış dədə” çağırdı.   Çünki o, yaşa görə yox… çəkdiyi yükə görə böyümüşdü.   O, atasız qalan bir evin atası oldu.   Anasız qalan bir ocağın anası oldu.   Altı uşağın taleyini çiyinlərinə aldı və bir dəfə də “yoruldum” demədi.
   Bu gün geriyə baxanda insan anlayır ki, bəzi adamlar sadəcə insan olmur…   Onlar bir ömrün dayağı, bir nəslin qüruru, bir kəndin vicdanı olurlar.   Xanış dədə də elə kişilərdən idi.   O, var-dövlət qoyub getmədi.   Adına saraylar tikilmədi.   Şəkilləri qəzetlərin manşetinə çıxmadı.   Amma o, bundan daha böyüyünü bacardı…İnsan yetişdirdi. Ocaq söndürmədi. Bir ailəni dağılmağa qoymadı.
Ən böyük qəhrəmanlıqlar bəzən səngərdə yox, səssiz evlərdə yaşanır…Bir uşağın öz uşaqlığını qurban verib bacı-qardaşlarına ata olduğu evlərdə…Və bəlkə də bu dünyada ən ağır yük silah daşamaq deyilmiş…Ən ağır yük , balaca çiyinlərlə altı yetimin taleyini daşımaq imiş. Xanış dədə bunu bacardı.Ona görə də bu gün onu xatırlayan hər kəsin səsində hörmət var… Dualarında rəhmət var…Ürəyində isə bir fikir: “Hər ailənin bir dayağı olar…Bizim dayağımız Xanış dədə idi…”]]>
                <![CDATA[Rejissor Mətləb Muxtarovun “Yaddaş sarayları” qısametrajlı sənədli filmi Los-Ancelesdə keçirilən 21-ci Cənub-Şərqi Avropa Film Festivalında (SEEfest) "Qısametrajlı sənədli film" kateqoriyasında "Xüsusi Vurğu" (Honorable mention) mükafatına layiq görülüb.
Bu barədə Azərbaycan Respublikasının Kino Agentliyindən (ARKA) məlumat verilib.
Bildirilib ki, SEEfest - müxtəlif baxış bucaqlarını amerikalı tamaşaçılara çatdırmaq missiyası ilə Los-Ancelesdə hər il keçirilən, Cənub-Şərqi Avropa kinosunu beynəlxalq auditoriyaya təqdim edən nüfuzlu platformalardan biridir. Festival hər il minlərlə müraciət arasından seçim edir. Bu il sənədli yarışma proqramına cəmi 6 film seçilib. Onların arasında “Yaddaş sarayları”nın da olması sənədli kinomuzun uğurudur.
Ekran əsərinin dünya premyerası daha əvvəl Çexiyada keçirilən nüfuzlu Jihlava Beynəlxalq Sənədli Film Festivalı (Jihlava IDFF) çərçivəsində baş tutmuşdu.
Rejissoru Mətləb Muxtarov, prodüseri Emil Nəcəfov olan film “Rental Azərbaycan” şirkəti tərəfindən istehsal edilib. Filmin postprodakşn mərhələsi Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən ARKA-nın dəstəyi ilə həyata keçirilib.
“Yaddaş sarayları” rejissorun ilk xatirəsinin izinə düşməsi haqqındadır. Uşaqlığının izlərini axtararaq doğulub böyüdüyü şəhərin küçələrini gəzən rejissor bir yaşında olarkən vəfat etmiş atası və nənəsi ilə bağlı xatırladığı hadisənin həqiqətən baş verib-vermədiyini sorğulamağa başlayır.
“Yaddaş sarayları”nın əvvəlcə “Jihlava” kimi nüfuzlu festivalda premyera etməsi, ardınca isə SEEfest-də xüsusi mükafata layiq görülməsi Azərbaycan sənədli kinosunun beynəlxalq arenadakı uğurlarının nümunəsidir. /Azərtac/]]>
                <![CDATA[Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri postuna namizədlər məlum olub.
Sədr postuna iki namizəd var - Xalq artisti Şəfiqə Məmmədova və rejissor Əli İsa Cabbarov.
Kinematoqrafçılar İttifaqından məsələ ilə bağlı APA-nın sorğusuna cavab olaraq bildirilib ki, sədrliyə namizədlərin adları qurultaya yaxın vaxtda mətbuata açıqlanacaq.
Qeyd edək ki, Azərbaycan Kinematoqrafçılar İttifaqının qurultayı mayın 26-da keçiriləcək.
Xatırladaq ki, Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri Rasim Balayev martın 29-da vəfat edib. Hazırda ittifaq sədrinin səlahiyyətlərini Şəfiqə Məmmədova icra edir, Əli İsa Cabbarov isə qurumun katibidir.]]>
                <![CDATA["Qəm mülkünün hərifləri" silsiləsindən 
Birinci qəzəl
Heyrət, ey büt,
surətin gördükdə lal eylər məni...
Neyləyim ki?!
Ney bilib avazını mən sən bütün,
Heyrət, ey büt!
Heyrətimdən heysiz oldum mən bütün!
Büsbütün heydən düşən bir naləyəm neydən düşən,
Naləsiz bir ney kimi həm büsbütün heydən düşən,
Nalətək neydən qopub, yerdən çıxan, göydən düşən,
Nalə tərkin qılmayan neydən yapılmış surətin!
Heyrət, ey büt!
Heyrət, ey büt! Heyrət, ey büt! Ey bütüm!
Surəti-halım ki,
ey zalım, mənim neydən betər -
Bəs yetər 
mat qalmağım bir key kimi, keydən betər!
Mum kimi şamdan qırılmaq yox, hekayət söyləyim,
Nalə tək neydən sorulmaq yox, şikayət söyləyim,
Mən gəda sən şaha yar olmaq yox, amma neyləyim,
Neyləyim ki, ney kimi bənd-bənd kəsilmiş mən yetim?!
Heyrət, ey büt!
Heyrət, ey büt! Heyrət, ey büt! Ey bütüm!
Surətin gördüm -
məni lal etmədi, məst etdi, məst,
göz qaçırmaq surətindən bir xəyaldır, xam xəyal.
Büsbütün
surətpərəstəm şimdi mən, surətpərəst -
üz çevirmək surətindən bir riyadır, bir riya!
Ney də sənsən -
naləsindən yer qopan, göy titrəyən!
Şam da sənsən -
mum kimi gah titrəyən, gah kükrəyən!
Büsbütün süst düşmüşəm bir nalətək neysiz bu cür,
Naləsiz bir ney kimi süst düşmüşəm heysiz bu cür,
Mədəd et ki, dərd əlindən, saqi, mən meysiz bu cür
Dərbədər bir dərdməndəm, yoxdu tabım-taqətim!
Heyrət, ey büt!
Heyrət, ey büt! Heyrət, ey büt! Ey bütüm!
İkinci qəzəl
Ey mələksima ki,
səndən özgə heyrandır sənə...
Mən sənin surətpərəstin -
surəti-halım budur!
Ey mənim çarəm, təsəllim!
Ey pənahım! Ey bütüm!
Pir də sənsən,
nur da sən, surə də sənsən, sur da sən;
sirr də sənsən,
zor da sən, Hira da sənsən, Tur da sən!
Ta səninlə üzbəüz, surətbəsurət, tənbətən,
Neyləyim ki, mən yetim, mən gorbagor, mən tünbətün,
Tövratımdan, İncilimdən, Quranımdan keçmişəm -
Heyrətimdən anbaan, saətbəsaət, günbəgün?!
Ün yetilməz
dağ da sənsən, əl çatılmaz dağ da sən,
Ən keçilməz
dağ da sənsən, ən çapılmaz dağ da sən!
Yaylağı dərd dağı da sən,
dırnağı sərt tişə də -
dırnağından tişətək min dağ qopan bir dağçapan;
bağçası gül bağı da sən,
taxçası lal guşə də -
guşəsindən gül qoxan sən bir füsunkar bağça-bağ!
Zirvə yetməz zirvəsindən ay batıb, ulduz çıxan,
aydan-ulduzdan qənirsiz cilvəsindən gün doğan
bir sütunsuz zirvəsən sən -
zirvəsiz bir Bisütun;
Zirvəsiz sən bir sütunsan -
bisütundan bir sütun!
Yer deyilsən,
çox iraqsan - ən iraq yer kimisən;
Göy deyilsən,
çox uzaqsan - ən uzaq göy kimisən!
Yer sənin bir surətindir,
Göy sənin bir surətin -
yerlə göy surətbəsurət surətindir büsbütün!
Heyrət, ey büt!
Heyrət, ey büt! Heyrət, ey büt! Ey bütüm!
Sən o şeysən -
ən iraq yer, ən uzaq göy səndədir,
Və o şeysən -
varsan hər şeydə ki, hər şey sən dadır!
Dad da sənsən,
duz da sənsən, tam da sənsən, tüm də sən,
Can da sənsən,
söz də sənsən - cümlə sənsən, cümlə sən!
Canda sözsən,
sözdə cansan, qeyrilər bir nəsnədir,
Səndən özgə,
ey mələksima ki, hər şey özgədir!
Bəs nədir,
sorsan bu sevda və bu qovğa rüsxətim?!
Bir sözüm yox...
qismətimdir, qismətimdir, qismətim!
Üçüncü qəzəl
Can sözdür, əgər bilirsə insan,
Sözdür ki, deyərlər özgədir can...       
Heyrət, ey büt!
Heyrətimdən cismimdə can kütləşir!
Korşalır hissim,
şüurum - canımda qan kütləşir!
Qopduqca
candan sözüm, sözdən dəxi can qopmada,
Söz cana hopduqca -
billah, canıma qan hopmada;
çıxdıqca canımdan ağrı
ağrıdan canım çıxır -
həm ağrım cansızlaşır,
həm ağrısız can süstləşir!
Sızdıqca candan sözüm
billah, sözümdən can sızır,
Bu nə sirdi -
söz canı cızdıqca candan qan sızır?!
Qan sızır qanlı yaramdan ki
yaram qan ağlayır -
həm yaram qansızlaşır,
həm ağlayan qan sərtləşir!
Söz qanmaz,
hərf anlamaz qafil hərifdən əlhəzər -
Hərzənin
hər lərzəsi hər ləhzə candan can üzər!
Vay o dəmkeşdən ki
bilməz öz dəmindən qeyri qəm,
qələmindən - söz pərişan,
qəmindən - can pərtləşir!
O kəsdi şair ki
hər sözdən yana candan keçər,
Keçməyən candan
hərif ki - yan keçər, yandan keçər;
Bir sözə
min canı qıymaqdır mükəmməllik, dəxi
bircə canı
kəm qıyan xam mincə nöqsandan keçər!
Sözə can həkk etməyən
şəkk etməsin can hardadır -
Hər nə miqdar olsa söz,
can da həmin miqdardadır.
Can çəkib söz söyləyən
sözdən sözün canın çəkir -
həm candan can əskilir,
həm sözündən can ürpəşir!
Söz yox ki
əskik sözün, ey müddəi, can üstədir -
Söz üstə
can qoymayan kəs, şimdi qovğan bəs nədir?!
Şu hərif can çəkmədə,
ey mürdəşir, gəl çıx görək -
Gör zəlilin
qol-qıçı haqdan donub, ya tərpəşir?!
Sən o dərdkeşsən -
bilirsən dərd nədir, həmdərd nədir,
Min dərdi bir canda
həmdərd eyləyən həm gərd nədir!
Öylə bir gərdsən -
tozundan sovrulur min dərd-bəla,
Öylə bir dərdsən -
sözündən sovrulur min gərd-bəla!
Gərd-bəlasan -
hər tozu bir Kərbəladan sovrulan!
Kərbəlasan -
torpağı min dərd-bəladan yoğrulan!
Bir bəlakeşsən - hüzurundan deyil əskik bəla,
harda bir qəm itsə, sən zamin - sənin yanındadır;
dərd sənə gər mübtəladır, sən betər bir mübtəla -
can kimi cismindədir dərd, söz kimi canındadır!
Gah bəla
quldur sənə, qulsan bəlaya gahi sən -
Müxtəsər,
qəm mülkünün həm köləsi, həm şahısan!
Şahısan,
sultanısan söz mülkünün sən, ey fəda!
Mübtədasan söz kimi -
ilk söz kimi ilk mübtəda!
Dərd əlindən
birləşib canında dərdlər cütbəcüt,
Dərdinin,
ey dərdmənd, dörd dərdi birdən dərdləşir!
Ey qəribim!
Qəm hərifim!
Ey zəifim!
Ey zəman!
Ey olan bir bikəsü biçarəvü bixaniman!
Səndən özgə,
həq bilir, həm söz, həm də can özgədir -
Hər sözün
bir candadır, çün hər canın bir sözdədir!
Ey pənahım!
Qibləgahım!
Ey həbibim! 
Ey bütüm!
Ey Füzulim, ey ulu, ali Mühəmməd ümmətim!
Heç demə
kafər kimi, iblis də heyranmış sənə,
Bu nə sirdir -
səndən özgə hamı şeytanmış sənə?!
Heyrətimdən
cin kimi, şeytan kimi döndüm bütə,
Bir də baxdım -
bir olan büt dəxi cütdür... cütləşir!
/edebiyyatqazeti.az/]]>
                <![CDATA[Müasir Azərbaycan ədəbiyyatında elə imzalar var ki, onların yaradıcılığı səs-küylü iddialarla deyil, dərin düşüncə, sükutun içindən gələn söz və mənəvi axtarışlarla yadda qalır. Səlim Babullaoğlu məhz belə sənətkarlardandır. Onun poeziyasında söz sadəcə ifadə vasitəsi deyil, ruhun, zamanın və insanın iç dünyasının təcəssümüdür. O, şeirə yalnız yazılan mətn kimi yox, yaşanan həyat kimi yanaşır və bu yanaşma onun yaradıcılığını xüsusi bir dəyərə çevirir.Səlim Babullaoğlunun həyatı da yaradıcılığı kimi sadə, lakin mənalı bir yolun göstəricisidir. Şirvan şəhərində doğulub boya-başa çatması onun dünyagörüşündə həm sakitlik, həm də müşahidə qabiliyyəti formalaşdırır. Təhsilini Bakı Dövlət Universitetində alması isə onun elmi və ədəbi düşüncəsinin sistemli şəkildə inkişafına şərait yaradıb. Kitabxanaçılıq fakültəsində oxuması təsadüfi deyildi, çünki o, sözün, kitabın və bilginin içində formalaşan bir ədəbiyyat adamı idi.Onun yaradıcılığına nəzər saldıqda ilk diqqət çəkən məqam daxili sakitliklə müşayiət olunan fəlsəfi dərinlikdir. Səlim Babullaoğlu şeirlərində yüksək pafosdan qaçır, oxucunu sarsıtmaq üçün deyil, düşündürmək üçün yazır. Onun misralarında həyatın adi görünən anları belə xüsusi mənalar qazanır. Bu baxımdan o, müasir poeziyada fərqli bir istiqamətin, sakit, lakin təsirli sözün nümayəndəsidir.Səlim Babullaoğlu təkcə şair deyil, həm də dünya ədəbiyyatı ilə Azərbaycan oxucusu arasında körpü rolunu oynayan tərcüməçidir. Onun tərcümələri vasitəsilə müxtəlif xalqların ədəbi nümunələri Azərbaycan dilində səslənir və bu, milli ədəbiyyatın zənginləşməsinə xidmət edir. Tərcümə fəaliyyəti onun dünyagörüşünün genişliyini və ədəbiyyata qlobal yanaşmasını açıq şəkildə göstərir.O, həm də ədəbi mühitdə təşkilatçı kimi tanınır. Azərbaycan Yazıçılar Birliyində fəaliyyəti çərçivəsində beynəlxalq əlaqələrin qurulması, ədəbi layihələrin həyata keçirilməsi və Azərbaycan ədəbiyyatının dünyada tanıdılması istiqamətində mühüm işlər görür. Bu fəaliyyət onun yalnız yaradıcı şəxs deyil, həm də ədəbiyyatın inkişafı üçün çalışan ziyalı olduğunu sübut edir.Son günlərdə onun Bakı Dövlət Universitetində keçirilən görüşü də bu baxımdan xüsusi əhəmiyyət daşıyır. Bu görüş sadəcə bir tədbir deyil, sözlə düşüncənin canlı təması idi. Tələbələr onun timsalında müasir şairin necə düşündüyünü, necə yazdığını və sözə necə yanaşdığını birbaşa müşahidə etmək imkanı qazandılar. Onun şeirlərini səsləndirməsi və gənclərlə səmimi dialoqu bu görüşü yadda qalan etdi. Bu cür görüşlər ədəbiyyatın yalnız kitab səhifələrində deyil, canlı ünsiyyətdə də yaşadığını göstərir.Səlim Babullaoğlunun yaradıcılığında diqqət çəkən əsas cəhətlərdən biri də insanın daxili aləminə yönəlmiş baxışdır. O, şeirlərində insanın təkliyini, düşüncələrini, zamanla münasibətini və mənəvi axtarışlarını incəliklə təsvir edir. Onun sözlərində sükut danışır, sətirlərin arasında gizlənən mənalar oxucunu düşünməyə vadar edir. Bu isə onu sadəcə şair deyil, həm də ruhun tədqiqatçısı kimi təqdim edir.Onun əsərlərinin müxtəlif dillərə tərcümə olunması isə yaradıcılığının universal xarakter daşıdığını göstərir. Bu, o deməkdir ki, onun yazdıqları yalnız bir millətə deyil, bütün insanlığa xitab edir. Çünki onun poeziyasında insanın ortaq duyğuları, sevinc, kədər, axtarış və ümid öz əksini tapır.Səlim Babullaoğlunun ədəbi irsi onun kitablarında da aydın şəkildə öz əksini tapır. Onun “Tənha”, “İlyas Göçmənin şəkil dəftəri”, “Polkovnikə heç kim yazmır”, “İlk hərfi itmiş cümlə” kimi şeir kitabları, eləcə də “Ədəbi söhbətlər”, “Ədəbi yuxular”, “Oğlumla söhbət” və “Rumın yazıları” kimi esse və publisistik topluları onun yaradıcılığının genişliyini və çoxşaxəliliyini nümayiş etdirir. Bu əsərlərdə insanın daxili dünyası, zamanın fəlsəfəsi, yaddaşın izləri və ədəbiyyatın mənəvi yükü dərin və təsirli şəkildə təqdim olunur.Nəticə olaraq demək olar ki, Səlim Babullaoğlu müasir Azərbaycan ədəbiyyatında sakit, lakin dərin iz buraxan sənətkarlardandır. Onun yaradıcılığı səsli deyil, amma təsirlidir, sadədir, amma mənalıdır. O, sözün sükutunu danışdıran, fikri hissə, hissi isə sözə çevirən nadir qələm sahiblərindəndir. Belə sənətkarların varlığı ədəbiyyatın yaşadığını və daim yeniləndiyini göstərir. /Mustaqil.az/
Sevil Azadqızı]]>