Orxan Fikrətoğlu - İtki
10/12/2012
(Hekayə)
Əllini haqlasa da, əlliayaqlı deyildi. Mağmın, bükük, ruhu əzik adamdı. Fəsildən- fəsilə radiodalğa kimi keçirdi. Bir axşam özü kimi bürüşük qadını ilə çay içirdi. Qadınından qənd is-tədi. Qadını tənbəl- tənbəl ona baxıb, \"Ozünə gəl\"- sözü ona sillə kimi dəydi.
Qadını haqlı idi. Haçandı özündə deyildi. Ozündən çıxmışdı. Ozünə gəlmək üçün əvvəlcə özünü hiss etməliydi. Amma özü çoxdandı hiss olunmurdu. Ozü yox idisə, hara qayıtsın? Arvadı burda idi, oturub çay içirdi, bəs özü harada idi? Bəs onun ayaqları üstə duran kim idi? Ozü deyildi axı...
Güzgünün önünə keçdi. Ozünü xatırlamaq istədi. \"Ozü\" yadından çıxmışdı. Güzgüdən ona sönük, çəlimsiz, sözü, əməli içində sınıb qalmış qorxaq bir adam baxırdı. Bu adam kim idi? O, ümid və arzularını, xatirində qalmış özünü, içindəki istiliyi bu güzgüdəki \"leşə\" görəsən necə sığışdıracaqdı? Görəsən o, söz- söz, əməl- əməl, yaş- yaş xırdalanıb, doğurdanmı bu, güzgüdəki adama çevrilmışdi? Bu adam onun qəlbinin qəlibində deyildi axı? Gözlərini təsbeh kimi şaqqıldadan qadına baxıb: - \"Ozümə gələ bilmirəm\" - dedi. Ozüm- özüm deyiləm!\"
Qadını \"təsbehini\" saxlayıb:
- Düz iyirmi il bundan qabaq sən özünü itirdin. O gündən sənə deməyə qorxuram. Yaxşı ki, söhbəti özün açdın. Ozünü tap!
Qadının sözləri onu sinirləndirdi:
- Bəs mənə niyə demirdin? - dışqırdı. Qadını çıyinlərinə çəkdi... Palrosunu geyinib, eşiyə çıxdı.
Ustündən iyirmi il keçəndən sonra indi özünü harada axtarsın? Görəsən necə və nədən itmişdi? Nə vəzifə sahibi idi ki, əyilsin, nə də o qədər kasıb idi ki, alçalsın. Elə beləcə, saat kimi yaşamışdı. Indi isə \"özünü\" itirmişdi, hardasa düşüb qalmışdı, daha yox idi, özü başqası idi.
Dostu qapını açan kimi hər şeyi anladı:
- Səni çoxdan gözləyirdim, keç içəri!
Paltolu mizin arxasına oturub gözlərini dostuna zillədi:
- Haçan olub bu? Dostu:
- lyirmi il olar- dedi.
Dostununn sözləri qadının sözləri ilə tən gəlirdi. Ona nə olmuşdusa, iyirmi il əvvəl olmuşdu. Dostu çayları mizin üstünə qoyub, kətilə əyləşdi.
- Bunu sən məndən yaxşı bilməlisən ki, - dedi. - Bir də fikir eləmə, hamı bu ömründə gec-tez özünü itirir. Hələ sən sevin ki, bunu başa düşmüsən. Çoxusu heç bunu bilmir.
Elə özğə sifətlə də ölür!
- Indi mən neyləyim. Ozümə necə gəlim? Dostu çiyinlərini çəkib:
- Nə bilim - dedi.
Ayağa qalxıb, eyvana çıxdı. Şəhər içinə çökmüşdü. Təkəm-seyrək işıqlar Böyük qaralığın qorxusu qabağında çırtlamış xırda ümid küləkləri idi, titrəşirdilər...
Axı iyirmi il bundan qabaq nə olmuşdu? Dostu eyvana çıxıb papiros odladı:
- Ozün heç nə xatırlamırsan? - soruşdu.
- Yox xatırlamıram...
Iyirmi il bundan qabaq yadda qalmayan min doqquz yüz səksən beşinci il idi. O il nə olmuşdu ki? subay oğlan idim. Mətişlə kinoya zada gedirdik. Işləyirdim. Səhərlər stadionda qaşırdım. Nənəm sağ idi. Vallah bundan savayı yadıma heç nə gəlmir!
- Bəlkə kimsə səni qorxudub? Ya bəlkə adam öldürmüsən? Oğurluq etmisən?- dostu işin axırına çıxmaq istəyirdi.
- Məni tanımırsan?
Içəri keçdilər. Dinməzcə oturub bir müddət bir- birlərinə baxdılar. Illəri cevirirdilər. Ayağa qalxanda dostu xoruldayırdı.
Qadını dəhlizdə durub, onu gözləyirdi. Hiss olunurdu ki, bütün gecəni yatmayıb.
- Nə oldu tapdın özünü?
- Yox!
- Bundan sonra sən kimə lazımsan? Birtəhər yaşa getsin. Soyunub yatağına girdi. Bərkdən:
- Axı adam necə itə bilər? Necə yox olar? Bəs onda mən kiməm? - qışqırdı. Yorğanı başına çəkməmiş bir də güzgüyə baxdı. Ozü deyildi...
Qadını səslədi:
- Gəl, burda otur, mən yatım, tək qorxuram! Qadını yataq otağına girib:
- Nədən qorxursan? - soruşdu.
Çiyinlərini çəkib, gözlərini yumdu. Və qəfil dərk etdi ki, üzündəki üzü onun üzü olmasa da, özü- özü olmasa da, bu qorxaq yuxululuğu çox və rahat \"YAŞAMAQDAN\" ötrüdür, necə olur- olsun, hansı sifətdə olur- olsun hələ yaşamaq istəyir... Və deyəsən onun \"özünü\" itirməsi də nəyin bahasına olur-olsun, hansı sifətdə olur- olsun hələ yaşamaq istəyir... Və deyə-sən onun \"özünü\" itirməsi də nəyin bahasına olur- olsun \"YAŞAMAQDAN\" ötrü idi. Utanıb yorğanı başına çəkdi...
Avanqard.net