Ömrün üçüncü onluğunu yaşayan Fərid Hüseyn – Sona Vəliyevadan təbrik yazısı
10/10/2019
Bu gün gənc şair Fərid Hüseynin doğum günüdür, onun 30 yaşı tamam olur. Artkaspi.az saytı filologiya elmləri doktoru Sona Vəliyevanın Fərid Hüseyn haqqındakı təbrik məqaləsini və şairin "Yuxu...Yuxusuzluq...” adlı poetik silsiləsini təqdim edir: Oktyabrın 10-da şair Fərid Hüseynin doğum günüdür – deyə redaksiyada jurnalistlər öz aralarında danışırlar. Çağırıb özündən soruşuram: – Fərid, oktyabrın 10-da doğum günündür, neçə yaşın tamam olur? Güclə eşidiləcək bir tərzdə: – 30 olur, – deyir. İnana bilmirəm, elə bil, dünən idi. Fəridin "Kaspi”dən mənə istedadlı şair kimi təqdim olunması… Elə bil, dünən idi işə başladığı gündən istedadı və əxlaqı ilə hamının hörmət və ehtiramını qazanması… Elə bil, dünən idi sevincək halda Təbrizdə şeir müsabiqəsinə dəvət olunmasını bizə xəbər verməsi… Amma bu xəbəri şəxsən mənə çatdıranda, gedəcəyi zamanı deyəndə daxildən keçirdiyim narahatlıq bir ana hissiyyatının duyduqları idi. Bir neçə gün sonra İran təhlükəsizlik orqanlarından birinin onu və dostu şair Şəhriyar del Geranini həbs etməklərini eşitdik.
"Kaspi” olaraq "Fəridə azadlıq” şüarı o qayıdanacan qəzetin səhifəsində qaldı. Azərbaycan dövləti bu istedadlı övladlarının haqsız həbsinə qarşı mübarizəyə qalxdı və onların azadlığına nail oldu. O vaxt mən "301-ci azərbaycanlı Fərid” adlı məqaləmin sonunda onu həbs edənlərə müraciətlə yazmışdım: "Gənc bir şairi şeir məclisi adına aldatmaq çox asandı… Tanrı qədər müqəddəs olan sözün, şeirin ardınca uça-uça gələn o gənc şairlərin qəlbi və düşüncəsi dağ çiçəyi kimi tər-təmiz olduğu halda onları aldatmaq, bu tələni quranlara çox asan başa gəldi”. Həmin məqalədə onu da vurğulamışdım ki, Fərid qayıdanda söyləyəcəyəm ki, şeirlərində taleyinlə, başına gələcəklərlə bağlı öngörümlü məqamlar var. Bu, həqiqətən, belə idi… İllər arxada qalıb… İlk görüşdüyümdə sakit, bir az da qapalı, yüksək əxlaqlı, utancaq təsir bağışlayan Fərid elə bil, bir dəfə qocalıb, təzədən gənc olmuş kimi çoxlarına müdrik ağsaqqal təsiri bağışlayır. İndi daha dolğun yaradıcılıq prosesinə malik gənc kimi ömrün üçüncü onluğunu haqladı. Azərbaycan ədəbi mühitində kifayət qədər çəkiyə malik olaraq, həm də bir gənc şair kimi yaradıcılıq ödülləri ilə mükafatlandırılıb. Öz yaşıdları arasında yüksək zəhmətsevərliyi, istedadı, həm də daim elmi, bədii axtarışlarından yorulmazlığı ilə seçilməyi bacardı. Fərid, Tanrının sənə bəxş etdiyi ömrün halal qazancı olan üç onluğun mübarək! İnşallah, qarşıda səni çox uğurlu onilliklər gözləyir. Xalqımızın milli-mənəvi xəzinəsinə bəxş etdiyin söz cavahiratın bol olsun. Eləcə də müstəqil Azərbaycan Dövlətinin tərəqqisini işıqlandıran media rəhbəri kimi qələmin kəsərli, sözün iti, fikrin daim işıqlı olsun! Sona Vəliyeva
Fərid Hüseyn - Yuxu... Yuxusuzluq... Yuxusuz qaldığım gecələrdəki, Yuxular yığışsa bəşər uyuyar. Marina Svetayeva Yuxumdan bir at qaçır,onu yormamaq üçünoyanıram yuxudan.Ayılıb görürəm ki,behişt üzündə günah,nəsə xısınlaşırsan,hiyləli gələcəklə,əbədi döyüşdəsənyenə də öz içində–bir əməli şeytanla,bir uyuyan mələklə… *** Oyanıram yuxudan,evimdəki saatlardüz gəlmir bir-biriylə,mən ömrümü itirdimbu vaxtlar arasında –qurammadım saatı"Allahın əlləri”ylə.Ondadır ki, gecikir,heç cür çata bilmirəm,qaçan "qismət”lərimə. *** İlahi, çox ağırdı,bir ayrı cür zülmdüsevdiyin insanlarıgünahından tanımaq.Alnımıza yazılıbbir vaxtlar sürdüyümüzdöyüş arabasınıntəkəri altda qalmaq. *** Lap erkəndən oyanıbkeçirəm bir küçədən,səni sevmək görünmür,səni sevmək bilinmir,eşidilmir, duyulmur, hamı yatmış, mən oyaq.Səni sevməklə birdir –ayılmayan xəstəninyuxusunda yaşamaq. *** Atam girir yuxuma,deyir "nə dərdin var de”.Susuram, heç dimmirəm,ümiddən gizlətdiyim,bu dünyaya sığmayansənsizlik xəbərinio biri dünyaya daqıymıram – göndərmirəm. *** Yuxuma girisən sən, –necə şənsən, xürrəmsən.Elə bir nur içindəalışırsan, yanırsan,yanında da kimsə var.Nədənsə çox uzunduhəmişəkindən kölgəm.Birdən nəsə düşünübmənə doğru qaçırsan,əlindəki qayçıylaətrafıma dolanıbkölgəmi budayırsan.Kaş biləsən, duyasannecə ağırdı mənəyanındakı adamınüzün, simasın görmək,necə ki bax, ağırdırbir uşaqsız qadınıngözünün önündəcəkörpə paltarlarıyla,döşəmə, tavan silmək. *** Pəncərəmin önündəbaxıram bu dünyaya,düşünürəm, görəsən,hansı həvəs ilə biz,tikirik gecə-gündüzuçulacaq evləri.Bu yuxusuz adamınçiyninə toxunurlar,deyirlər ki, "sən, get yat,heç əlini bulamabelə-belə işlərə,yorma, yazıq, özünü,silənməzsən dünyanınalnına həkk olunmuşəbədi faniliyinpozulmaz möhürünü”. *** Axır ki mən oyandım,məhdudluq yuxusundan.Xilas oldum içimdən,min bir zülmlə aldımözümü öz əlimdən.Daha heç kəs siləmməz,xeyri ürəyimdən,şükürü, həmdi dilimdən,doymaram yaxşılıqdan,əl tutmaqdan doymaram, –daha mən bundan sonrayaxşılıq zalımıyam. *** Yuxumda da oyağam,–yatmır ruhum, varlığım.Üzümü söykəyirəmvaxtın yorğun üzünə,beləcə calayıramgecəmi gündüzümə.Mən qorxuram, qorxuram,sən olan yuxularıdanışsam gur çaylaraçay da ayrılıq dadar – qovuşmaz dəryalara. *** Xəzinə Allahıtəkxəbərsizsən dünyadan,qəm içimi talayıb,qüssəm yaman varlanıb.Nə sevinc qahmar çıxır,nə səadətdi köməyim,Tanrının gözü kimiyuxusuzdur ürəyim. *** Allah hər şey görür,anımız nəzərində.Çiynimdədir mələklər, – gözləri üzərimdə.Özündən də xəbərsizboylanaraq içiməsənə mələklər baxır,səni şeytanlar görür –çiynimdə, ürəyimdə. /Artkaspi.az/
"Kaspi” olaraq "Fəridə azadlıq” şüarı o qayıdanacan qəzetin səhifəsində qaldı. Azərbaycan dövləti bu istedadlı övladlarının haqsız həbsinə qarşı mübarizəyə qalxdı və onların azadlığına nail oldu. O vaxt mən "301-ci azərbaycanlı Fərid” adlı məqaləmin sonunda onu həbs edənlərə müraciətlə yazmışdım: "Gənc bir şairi şeir məclisi adına aldatmaq çox asandı… Tanrı qədər müqəddəs olan sözün, şeirin ardınca uça-uça gələn o gənc şairlərin qəlbi və düşüncəsi dağ çiçəyi kimi tər-təmiz olduğu halda onları aldatmaq, bu tələni quranlara çox asan başa gəldi”. Həmin məqalədə onu da vurğulamışdım ki, Fərid qayıdanda söyləyəcəyəm ki, şeirlərində taleyinlə, başına gələcəklərlə bağlı öngörümlü məqamlar var. Bu, həqiqətən, belə idi… İllər arxada qalıb… İlk görüşdüyümdə sakit, bir az da qapalı, yüksək əxlaqlı, utancaq təsir bağışlayan Fərid elə bil, bir dəfə qocalıb, təzədən gənc olmuş kimi çoxlarına müdrik ağsaqqal təsiri bağışlayır. İndi daha dolğun yaradıcılıq prosesinə malik gənc kimi ömrün üçüncü onluğunu haqladı. Azərbaycan ədəbi mühitində kifayət qədər çəkiyə malik olaraq, həm də bir gənc şair kimi yaradıcılıq ödülləri ilə mükafatlandırılıb. Öz yaşıdları arasında yüksək zəhmətsevərliyi, istedadı, həm də daim elmi, bədii axtarışlarından yorulmazlığı ilə seçilməyi bacardı. Fərid, Tanrının sənə bəxş etdiyi ömrün halal qazancı olan üç onluğun mübarək! İnşallah, qarşıda səni çox uğurlu onilliklər gözləyir. Xalqımızın milli-mənəvi xəzinəsinə bəxş etdiyin söz cavahiratın bol olsun. Eləcə də müstəqil Azərbaycan Dövlətinin tərəqqisini işıqlandıran media rəhbəri kimi qələmin kəsərli, sözün iti, fikrin daim işıqlı olsun! Sona Vəliyeva Fərid Hüseyn - Yuxu... Yuxusuzluq... Yuxusuz qaldığım gecələrdəki, Yuxular yığışsa bəşər uyuyar. Marina Svetayeva Yuxumdan bir at qaçır,onu yormamaq üçünoyanıram yuxudan.Ayılıb görürəm ki,behişt üzündə günah,nəsə xısınlaşırsan,hiyləli gələcəklə,əbədi döyüşdəsənyenə də öz içində–bir əməli şeytanla,bir uyuyan mələklə… *** Oyanıram yuxudan,evimdəki saatlardüz gəlmir bir-biriylə,mən ömrümü itirdimbu vaxtlar arasında –qurammadım saatı"Allahın əlləri”ylə.Ondadır ki, gecikir,heç cür çata bilmirəm,qaçan "qismət”lərimə. *** İlahi, çox ağırdı,bir ayrı cür zülmdüsevdiyin insanlarıgünahından tanımaq.Alnımıza yazılıbbir vaxtlar sürdüyümüzdöyüş arabasınıntəkəri altda qalmaq. *** Lap erkəndən oyanıbkeçirəm bir küçədən,səni sevmək görünmür,səni sevmək bilinmir,eşidilmir, duyulmur, hamı yatmış, mən oyaq.Səni sevməklə birdir –ayılmayan xəstəninyuxusunda yaşamaq. *** Atam girir yuxuma,deyir "nə dərdin var de”.Susuram, heç dimmirəm,ümiddən gizlətdiyim,bu dünyaya sığmayansənsizlik xəbərinio biri dünyaya daqıymıram – göndərmirəm. *** Yuxuma girisən sən, –necə şənsən, xürrəmsən.Elə bir nur içindəalışırsan, yanırsan,yanında da kimsə var.Nədənsə çox uzunduhəmişəkindən kölgəm.Birdən nəsə düşünübmənə doğru qaçırsan,əlindəki qayçıylaətrafıma dolanıbkölgəmi budayırsan.Kaş biləsən, duyasannecə ağırdı mənəyanındakı adamınüzün, simasın görmək,necə ki bax, ağırdırbir uşaqsız qadınıngözünün önündəcəkörpə paltarlarıyla,döşəmə, tavan silmək. *** Pəncərəmin önündəbaxıram bu dünyaya,düşünürəm, görəsən,hansı həvəs ilə biz,tikirik gecə-gündüzuçulacaq evləri.Bu yuxusuz adamınçiyninə toxunurlar,deyirlər ki, "sən, get yat,heç əlini bulamabelə-belə işlərə,yorma, yazıq, özünü,silənməzsən dünyanınalnına həkk olunmuşəbədi faniliyinpozulmaz möhürünü”. *** Axır ki mən oyandım,məhdudluq yuxusundan.Xilas oldum içimdən,min bir zülmlə aldımözümü öz əlimdən.Daha heç kəs siləmməz,xeyri ürəyimdən,şükürü, həmdi dilimdən,doymaram yaxşılıqdan,əl tutmaqdan doymaram, –daha mən bundan sonrayaxşılıq zalımıyam. *** Yuxumda da oyağam,–yatmır ruhum, varlığım.Üzümü söykəyirəmvaxtın yorğun üzünə,beləcə calayıramgecəmi gündüzümə.Mən qorxuram, qorxuram,sən olan yuxularıdanışsam gur çaylaraçay da ayrılıq dadar – qovuşmaz dəryalara. *** Xəzinə Allahıtəkxəbərsizsən dünyadan,qəm içimi talayıb,qüssəm yaman varlanıb.Nə sevinc qahmar çıxır,nə səadətdi köməyim,Tanrının gözü kimiyuxusuzdur ürəyim. *** Allah hər şey görür,anımız nəzərində.Çiynimdədir mələklər, – gözləri üzərimdə.Özündən də xəbərsizboylanaraq içiməsənə mələklər baxır,səni şeytanlar görür –çiynimdə, ürəyimdə. /Artkaspi.az/
Digər Məqalələr
2024-08-27 01:25:09
Azad Qaradərəli - Alman şərqşünasın hekayələrim haqqında yazdıqları
2024-05-01 03:46:20
Cavanşir Yusifli - Gənc şairlərə məktub - Sözün ayağı dəyməyən yerlər
2023-10-27 10:19:49
Bədirxan Əhmədli - Akademik Kamal Talıbzadənin portret cizgiləri üzərinə