Avanqard

Könül Nəhmətova - Azərbaycan ədəbiyyatında lirik hekayələr

28/12/2016

Azərbaycan ədəbiyyatında lirik-psixoloji hekayə janrı­nın yaranması, ümumiyyət­lə, nəsrin tə­şək­kül tarixi ilə bağlı­dır. Ön­cə bir sıra tədqiqatlara müraciət edək: mərhum alimimiz Əflatun Saraclı "Azərbaycan bədii nəsri" adlı monoqrafiyasında yazır: "Azərbaycan ədəbiyyatında XIX əs­rə qə­dər Füzulinin "Şikayətnamə" (XVI əsr), Xaşmazinin "Döz­dü qazi" (XVIII əsr) kimi tək-tək hekayə nümu­nə­ləri­nə rast gəl­sək də, bü­töv­lük­də bədii nəsrin təka­mü­lü və inkişafı XIX əsr­dən başlanır. Əsrin 30-cu illərindən başlyaraq İ.Qutqaşın­lı­nın "Rəşid bəy və Səa­dət xanım" (1835), A.Bakıxanovun "Kitabi-Əs­gəriyyə" (1837), M.F.Axundovun "Aldanmış kəvakib" (1857), "Kəma­lüd­döv­lə məktubları" kimi lirik və satirik hekayə, povest və məktub-traktat meydana çıx­dı". Məm­mədağa Sultanov isə "Kitabi-Əs­gəriyyə" hekayəsini ilk bədii nəsr nümu­nəsi hesab edə­rək yazır­dı: "İsmayıl­bəy Qutqaşın­lı­nın" Rəşidbəy və Səa­dət xanım" hekayəsindən əv­vəl, XIX əsrin birinci yarı­sında yaranmış bu əsə­rə gö­rə A.Bakıxanovu müasr bədii nəsrimizin banisi adlandırmaq olar". Azərbaycan nəsrinin tə­şək­kü­lü mə­sə­lə­lərinin tədqiqatında Mə­həm­məd Füzulinin "Şikayətnamə"sini "milli dildə ilk önəmli bədii nəsr əsəri" hesab edən Tehran Əlişanoğlunun fikri tutarlı səs­lənir: "Nəsr orta əsr­lər­də başlıca olaraq elmi, dini, fəl­səfi, publisist ədəbiyyatın, rəsmi üslubun ifadə sferası­dır. Və təsa­düfi deyil ki, ədəbiyyatı­mızda XII əsrdə Xaqani Şirvaninin məktubatından tutmuş, XIX əsrdə A.Bakıxanovun "Kitabi-Əs­gəriyyə"sinə qə­dər, daha sonra XIX yüzil və XX əsrin əv­vəl­lərinin elmi, elmi-küt­ləvi, publisist, bədii-publisist, bədii-pedaqoji əsər­lərinin ək­səriyyətində bu nəsr funksionallı­ğı­nı qoruyub saxlamış, elmi, bədii, publisist məqamların klassik Şərq mə­dəniyyəti konteksti ilə əla­qə­lərini görk etmişdir".
Müasir anlamda lirik hekayə janrından bəhs etdikdə ilk nümu­nə olaraq İsmayıl bəy Qutqaşın­lı­nın Varşavada hərbi qulluqdaykən fransızca nəşr etdirdiyi (1835) "Rəşid bəy və Səa­dət xanım" hekayəsini tədqiqata cəlb edə bilərik. Filologiya elmləri namizədi Əda­lət Tahirzadə "İsmayıl bəy Qutqaşın­lı haqqında bilmədiklərimiz" adlı tədqiqatında hekayənin üslubunu müəy­yən­ləşdirmə­yə çalışaraq yazır: "Qə­bə­lə xanları­nın nəslindən olan Səa­dət xanımla Şəki bəy­lərindən olan iyirmi iki yaşlı Rəşidin atəşli sevgisindən danışan bu əsər­lə Azərbaycan ədəbiyyatında nağıl və əfsanə­lər­dən uzaq ilk realist hekayə­lərimizdən biri ortaya qoyuldu". Ancaq hekayənin süjeti, təsvir və ifadə vasitə­ləri, obrazların mükaliməsi və onların qarşı­lıq­lı münasibət­lərin təsviri ( Rəşid bəy - nö­kər Əziz, Səa­dət xanım - qulluqçu Şamah, Rəşid bəy - Tikanlı kəndinin kəndxudası Mərdan, Səa­dət xanım - anası Tutu xanım) imkan verir deyək ki, hekayənin tarixi həqi­qət­lə ("Tikanlı sakinlərinin bizə bildirdiyinə gö­rə, Mərdanın nəsli indi də həmin kənd­də yaşamaqdadır. Deməli, Qutqaşın­lı , doğrudan da, gerçək şəxs­lərin başına gə­lən gerçək hadisə­lə­rə yazı­çı donu geydirib" - Ə.Tahirzadə) müəy­yən qə­dər bağlı olmasına baxmayaraq, lirik-romantik üslubda yazıl­mış­dır. Əslində, hekayənin süjeti və ideya istiqaməti Azərbaycan ədəbiyyatı üçün yeni deyil, ədəbiyyat tariximizin müx­təlif dövr­lərində yazı­lı və şifahi abidə­lərimizdə diqqəti cəlb edən "azad sevgi" ideyası­nı ənə­nəvi üsullarla əks etdirir. Sadə­cə, yazı­çı bu romantik süjeti oxuculara publisistik dillə çatdı­rır: "Mən əmi­nəm ki, siz bu hekayəni uydurma və imkandanxaric bir şey sayacaqsı­nız. Yox, ağalar! Siz ki, bü­tün həya­tı­nı­zı qadınlar məclisində keçirirsiniz, onların zərif səs­lərini, lətif söh­bət­lərini dinləyirsiniz, Şərq öl­kə­lərində bir qadı­nın ancaq bir baxı­şı­nın, hətta ancaq qadın adı­nın cavan oğlanlara nə də­rə­cə­də təsir etdiyini bilmirsiniz. Bu cavanlarçün qadınların səsində nə qə­dər ləta­fət olduğunu, onların dodaqlarından qopan ilk sevgi kəl­məsinin cavanların bü­tün hissiyyatı­nı nə də­rə­cə­də qaplaması­nı tə­səv­vü­rü­nü­zə gəti­rə bilməzsiniz. Bu halları anlamaq və hiss etmək­çün bu öl­kə­lər­də doğulmaq və ya bir neçə il bu öl­kə­lər­də yaşamaq gə­rəkdir". Burada məq­səd yalnız oxucunu inandırmaq deyil, daha çox mə­nəvi də­yər­lər­lə bağlı incə mət­ləb­lə­rə diqqəti çək­məkdir.
Abbasquluağa Bakıxanovun "Kitabi-Əs­gəriyyə" əsəri isə nəsrimizdə ilk realist hekayədir. Lakin bu əsərin ədəbiyyatşüna­sı­ğı­mızda yeri araşdırmamızda ciddi bir sual kimi meydana çı­xır. Yuxarıda adlarına çəkdiyimız tədqiqatlarda və qeyri araşdırmalarda həmçinin "Kitabi-Əs­gəriyyə"nin sadə­cə hekayə nümu­nəsi kimi adı­nı çək­mək­lə kifayət­lənmişlər.
Biz müəy­yən xüsusiyyət­ləri­nə gö­rə "Kitabi-Əs­gəriyyə" hekayəsini Azərbaycan bədii nəsrində ilk realist və ilk lirik-satirik hekayə adlandıra bilərik. A.Bakıxanov bu əsəri Qərb hekayəçiliyinə alternativ kimi qə­lə­mə almış­dır. Hekayənin süjetini klassik ədəbi mövzularla ədəbiyyatı­mı­zın daha irəli səhi­fə­ləri, yəni 20-ci əsr tematikası arasında kör­pü kimi gö­rü­rük. Fikrin qidalandı­ğı mən­bə yenə də Füzuli düha­sı­dır, onun "Şikayətnamə" əsəridir, əsərin qəh­rəma­nı isə bəl­kə də Yusif Vəzirin "mərsiyəxanları­nın" sə­ləfidir.
Bəli, "Kitabi-Əs­gəriyyə"­də "Füzulinin "Şikayətnamə"sinin təsiri duyulur. Onu da əlavə edək ki, bu, sadə­cə təsirlən­mə deyil, daha doğrusu, tam bir iqtibasdır. Sanki mü­əllif "Şikayətnamə"nin üslubu və kompozisiyası üzərində yeni bir məzmun yaradıb. Əsər­lər arasında bir sıra paralellər aparmaqla eyniyyəti üzə çıxara bilərik:
"Şikayətnamə" əsəri girişdən sonra üç böl­mə­yə ayrı­lır: bəra­tın gəl­məsi, təq­aüd almaq səyi və nəti­cə. "Kitabi-Əs­gəriyyə" də girişdən sonra üç hissə­dən ibarətdir: Quba şə­hərindən mərsiyəxan Ahən­gərzadə Əs­gərin sevdiyi gö­zəlin yolunda çəktiyi əzab-əziyyət­lər, sevgililərin "təneyi-dilşikəni-əğyar və sə­dəmati-həvadisi-ruzigar" sə­bəbindən "biri-avareyi - diyar, biri və­tənində qərib biqəm­küsar" olması və nəha­yət, "talieyi-sübhi-sadiq bu məzmuni-zövq əfsayə müvafiq kəraneyi-üfüq­dən zahir olub giriftari-zülməti-aləm olanlara ruzi-röv­şən­dən bəşa­rət­lər verdi".
Hər iki əsər­də nəsr və şeir dili çox oxşardır. "Şikayətnamə" qafiyəli səcli nəsr­lə yazıl­mış­dır. "Kitabi-Əs­gəriyyə" əsərində də cüm­lə­lərin, söz və ifadə­lərin qafiyə­ləndiyini gö­rə bilirik. Hər iki əsər­də abzaslar ək­sə­rən "əlqissə", "xüla­sə" kəl­mə­ləri ilə başlayır, xitablar da eyni formada səs­lənir: "Şikayətnamə"­də - "Ey qafil!", "Ya əy­yü­həl-əshab!", "Ey miskin!"; "Kitabi-Əs­gəriyyə"­də - "Ya əkəl­lü­lə­ləvat! Ey atacan!", "Ey arami-canım!", "Ey aşiqi-mehribanım!", "Ey aşiqi-miskin!" və s. Əsər­lərin hər ikisində də nəsri qitə, beyt və nəzm parçaları tamamlayır, hər ikisində şeir dili nəsr dilindən sadədir. Hər ikisində mükalimə­lər dilinin sadəliyi və milliliyi ilə təhkiyə­dən kəskin şəkildə fərq­lənir. Hər iki əsərin giriş hissəsində "Quran"ın iki ayəsi misal gös­tərilir və bununla da yazı­çı­nın qayəsi açıqlanmış olur. "Şikayətnamə"­də şair öz məq­sədini belə bəyan edir: "Ey qafil, aləmi-surət məz­həri sifati-ilahidir və möhbiti-ənvari-hüzuzati-namü­tənahidir. Hər ayinə mülk mə­ləkutdan mün­fəkk olmaz və xəsaisi-mülk­dən bəh­rə­mənd olmayan sərari mə­ləku­tə dəst­rəs bulmaz". "Kitabi-Əs­gəriyyə"­də isə əsərin məra­mı belə açıqlanır: "Labüdd aləmi-surət­də iqtizayi-təbiəti-bə­şəri oldur ki, hər kimsə gə­rək bir növ mənzur ilə cilabəxşi-dideyi-dil olub ovqati-şərifi zaye və bihudə keçirməsin və bəzmi-həvadisdə cami-qəf­lət­dən təbi-talibi-hüşiyarə badeyi-cəhl içirməsin". Əsər­lərin ikisində də İslam əxlaqı ilə mü­səlman aləminin gerçək təza­hü­rü qarşılaşdı­rı­lır. Füzulinin şikayəti yaramaz quruluş, onun sultan və məmurlarından idi. ...Füzuli hiylə, rüş­vət və fı­rıldaq yuvası olan ovqafın simasında bü­tün bir quruluşu satira atəşi­nə tutmuşdur. A.Bakıxanov isə "fazili-fərzanə və yeganeyi-dövri-zəma­nə" simasında döv­rü­nün ruhani züm­rəsini tənqid hə­dəfi­nə çevirir:
"- Bir kimsə əgər bir səbiyyəni həbaleyi-nigahə gətirsə, nagah validi-mənguhə validəsindən tə­mət­töi-təzvic almaq caizdirmi?
Çün məz­həbi-eşqdə bu surət məqami-əşkal idi, ol fazil mə­sə­ləni fitvayi-piri-eşqə mü­həv­vəl qıl­dı".
Amma mü­əllifin tənqid hə­dəfi yalnız bu qə­dər sadə də deyil. Əsərin əv­vəlindən sonunadək satirik üslub da özü­nü gös­tərir. Hekayə­də ilk növ­bə­də mərsiyəxanlıq özü bir tənqid hə­dəfidir: "Əlqissə, ol cəvani-suxtəcan həmi­şə rü­əsi-mənabirdə və məc­məyi-əkabirdə­vü əsağirdə mərsiyəxan, bəl­kə kəndisinin əvaqibi-ümurin yad edib həm­qərini-nalə­vüəfqan olurdu". Mü­əllif ruhani züm­rənin din haqqında tə­səv­vür­lərini sarkazm atəşi­nə tutur: "Bu əsnada mü­əllimi-mövsuf aləmi həvadisdən qəti-rəvabəti-əlayiq edib, həmağuşi-ərayisi-hura və nə­şəyabi-sağəri-şəra­bən təhura oldu (rəh­mətullahi-əleyh) və əhli-beyti-naşüna­sın, xüsu­sən Hüseyni Abbasın və mü­xəl­ləfatdan əmmamə, pustin və əba­sın, cüb­bə, şanə misvak və ridasın, kü­lə­cə, şali-kə­mər­bənd və qabasın ol cəva­nə vagüzar edib yerində canişin etdi". Əsərin qəhramanları­nın dili ilə bu simvolik büt­lə­rə bir daha zər­bə endirilir:
"- Ey arami-canım! Fikr elə ki, atandan qalan əmmaməni başıma qoyub, əba­sın çiynimə salub və qəba­sın qucağıma alıb bir nifrin elə­rəm ki, düş­mən­lərimizdən biri də yer üzün­də qalmaz.
...Xüla­sə, ol məzlumə dedi:
- Ey aşiqi-mehribanım! Bu söz­lər fayda verməz. Bir fikir elə ki, sən bu yerə gəl­mək üçün əlində bəha­nə olsun və xalq bəd güman etməsin".
"Kitabi-Əs­gəriyyə" əsərinin iqtibas kimi də­yər­ləndirilməsi onun orijinallı­ğına heç bir xə­ləl gətirmir, çünki yazı­çı Füzulidən fərqli olaraq bü­töv bir kompozisiya üzərində hekayə yaratmış­dır ki, hətta əsərin qeyri-adi sonluğuna gö­rə onu novella da adlandırmaq müm­kün­dür.
Azərbaycan ədəbiyyatında ilk də­fə lirik hekayə janrı­nın mü­kəm­məl nümu­nə­lərini Yusif Vəzir Çə­mən­zəminlinin yaradı­cı­lı­ğında gö­rü­rük. Yusif Vəzir realizmində sosial-siyasi amillər­lə paralel olaraq emosional faktorlar da mü­hüm yer tutur. "Mü­səlman arvadı­nın sər­gü­zəşti" -lirik-satirik monoloq, "Millət­pə­rəst­lər" - miniatür hekayə, "Və­tən" - satirik mənsur şeir, "Toy", "Ağ buxaqda qara xal", "Cavan", "İki çocuq", "İstirahət gü­nü", "Beş dəqi­qə","Soyuq busə" və s. lirik hekayə­ləri hamı­sı bir-birindən fərqli poetik nümu­nə­lərdir.
 
Hekayənin süjeti "Min bir gecə" nağıllarından gö­tü­rül­müş­dür­sə də, tədqiqat zamanı ortaya daha bir paralellik çı­xır. Yusif Vəzirin "Ağ buxaqda qara xal" hekayəsi Türkiyə ədəbiyyatında Rəcaizadə Ək­rəmin "Çox bilən çox yanılar" komediyası ilə səs­ləşir. "Mövzusu "Min bir gecə" nağıllarından "Mü­xəy­yəlat-i Əziz Əfəndi"nin bir bö­lü­mün­dən - ""Xoca Abdullahın hekayəsi"ndən alınaraq türk həya­tına uyğunlaşdı­rıl­mış dörd pər­dəlik bir tö­rə komediyası­dır.
"Çox bilən çox yanılar" komediyasında hadisə­lər, obrazlar, mükalimə­lər nə qə­dər realdırsa, "Ağ buxaqda qara xal" hekayəsində arzular da, istək­lər də əsərin qəhramanı kimi mü­cər­rəddir. Mərsiyəxa­nın adi bir gü­nün­də yolunun üs­tü­nə çı­xıb ona siğə olunmağı təklif edən qadın obrazı sanki xəyalidir. İlk baxışda qadı­nın istəyi aydın­dır: "Mən bu gün səni minbər­də ağlayan gör­düm. Məhz iman yolunda kirpiklərindən axan yaşların məftunu olaraq sə­nə siğə olmaq istədim. Bəl­kə bunun sə­bəbi­nə Allahü təala günahları­mı bağışlaya". Əsərin bü­tün məğzi, əslində, bu məqamda "niyyət"­lə əməl arasında yaranmış ironiyadan ibarətdir. Yazı­çı qadı­nın dili ilə İran cəmiyyətində İslam həqi­qət­lərindən tamamilə uzaq bir reallı­ğı açıb gös­tərir: "Ağa, məni Xorasanın başqa qadınları kimi gün­də neçə kişiyə mü­tə olan qadınlardan bilmə".
Qadın mərsiyəxandan qisas almaq üçün onu gö­zəlliyinin toruna salır. Lütfiyyə ilə müqayisə­də qadı­nın qisası­nın sə­bəbi yenə də mü­cər­rəddir: " Sənin ilk mərsiyəni dinlədikdə gö­zəl səsin bü­tün varlı­ğıma hakim oldu, sı­zıl­tı­lı bir saz kimi təra­nə­lərini daşı­yıb durdum. Səsin gecə­lər yuxumu, gün­düz­lər rahatlı­ğı­mı əvəz edirdi. Yer göy bü­tün kainat bir xoş səda olaraq məni oxşayır, eyni zamanda da için-için inlədirdi". İlk baxışda əsassız gö­rü­nən bu sə­bəb üçün nəti­cə də çox ağır təsir bağışlayır: "Qoca gö­zəlin ayaqları­nı qucub hə­rə­kətsiz qalmış­dı. O biri sə­hər onu hüc­rə­də bu vəziyyət­də də buldular. Soyuq meyit əl­lərini qoynuna qoyub dizi üstdə künc­də qalmış­dı". Əslində isə, Mərsiyəxan Əzmi əfəndidən də artıq də­rə­cə­də günahkar olub verilən cəzaya layiqdir. Ani xəyalat üçün bü­tün mü­qəd­dəs də­yər­ləri ayaq altına tö­kür: "Gö­zəlim, - dedi, - bu əmmaməm, bu quranım - hamı­sı­nı o qara xalın yolunda ayağına tö­kü­rəm!"
Müqayisəli şəkildə nə­zər­dən keçirdiyimiz hər iki əsərin süjetinin eyni mən­bə­dən qaynaqlandı­ğı şüb­həsizdir. Amma bunların arasındakı təsir mə­sə­ləsi hə­ləlik həll olunmamış qalır. "Ağ buxaqda qara xal" hekayəsi ilk də­fə 1911-ci ildə "İki hekayə" kitabında çıx­mış­dır. Hekayənin əv­vəlki adı "Bir mərsiyəxa­nın macəra­sı" olmuş, sonradan ədib onu dəyişdirib "Ağ buxaqda qara xal" qoymuşdur. Rəcaizadə Ək­rəmin "döv­rü­nün çox də­yərli seyirlik əsər­lərindən" olan komediyası isə "bəl­kə də özü­nə yaraşdırmadı­ğı üçün" ölü­mün­dən (1914) sonra yayımlanmış­dır.
Yusif Vəzirin "Mərsiyəxan" hekayəsi isə "Ağ buxaqda qara xal" əsəri­nə alternativ kimi səs­lənir. "Mərsiyəxan" realist üslubdadır. Çoxarvadlılı­ğın tənqidinə həsr olunmuş, haqqı tapdanan qadın­lı­ğın acınacaqlı vəziyyətinin ifadəsidir. Bu hekayə­də də yenə din adı altında mövhumat, riyakarlıq tənqid olunur. Hekayə­də ramazan ayı ilə mə­hər­rəmliyin eyni zamana düş­dü­yü bir gü­nün təsviri yazı­çıya mövhumatın, riyakarlı­ğın siması­nı daha parlaq boyalarla işıqlandırmaq üçün geniş imkanlar vermişdir.
Yusif Vəzirin "Toy" hekayəsi də xalq yaradı­cı­ğı ilə sıx bağlı­dır. Hekayənin kompozisiyası mərasim nəğ­məsi, xalq oyunları, toy ənə­nə­ləri üzərində qurulub, iki səh­nə­dən ibarətdir. Birinci səh­nə toyun kişi məclisini, ikinci səh­nə isə qadın məclisini əks etdirir. Hekayənin ideyası, əsas məğzi isə epizodikdir:
"- Sinninə layiq deyilsə də, kişi qı­zın xatirəsi üçün yaxşı toy elətdirir, - deyə məclisdəki­lərin biri o birinə pı­çıldadı.
O biri:
- Qız da yad deyil ki, öz baldı­zı­dır. Elə bu hə­yət­də də olur.
- Baldız olanda nə olar; kişi çox vəfa­lı kişidir. Gör­mür­sən, arvadı ölən­dən sonra on il evlən­mədi. Qayınatası demişdi ki, balaca qı­zım bö­yü­sün, sə­nə verə­cə­yəm. O da göz­lədi. Qız on dörd yaşına yetişib, toy olur.
- Doğrudan vəfa­lı kişidir: yetimlərin zəh­mətini çə­kə-çə­kə saqqalı tamam ağardıb".
Bu ani pı­çıl­tıda bir neçə tale və­rəq­lənir, bir neçə tipik hadisə aydın olur: qoca kişi övladı yerində qızla evlənir; öl­müş arvadı­nın yerinə baldı­zı­nı alır; kör­pə qız uşağı­nın bö­yü­məsini göz­lə­yə­rək yetimlərini artıq bö­yüt­müş qocanın on dörd yaşlı uşağın həya­tı­nı korlaması nə qə­dər də absurd bir dü­şün­cə tərzidir! Budur əsərin əsas qayəsi. Bu mü­cər­rədlik qarşı­sında donub qalmış yazı­çı­nın sarsın­tıla­rı "Toy" hekayəsində milli adət-ənə­nə­lərinin bü­tün komponentləri ilə üzə çı­xır. Təm­təraqlı şənlik və dərin, çı­xılmaz kə­dər... Bax, bu da antiteza!
İkinci səh­nə yalnız lirikdir, poetik dillə gəlinin məclisə girib rəqs etməsinin təsvirini ifadə edir, eyni zamanda dastan dilini də xatırladır:
"Gəlin oyuna girdi.
Gö­zəl gəlin, nazlı gəlin! Gəlin nə narın süzr­dü. Nə dadlı səkirdi. Gah qı­zılları səs­lənir, gah düy­mə­ləri şaqqıldaşır...
Səkdi gəlin, süz­dü gəlin, bir də məclisin ortasında duruxub əl­ləri ilə üzü­nü qapadı: gəlin hön­kü­rür­dü".
Hekayənin ikinci hissəsi ayrıca mənsur şeir kimi də səs­lənir.
Yusif Vəzirin lirik hekayə­lərini zəngin təsvir və tə­rən­nüm boyaları ilə yanaşı xalq nəğ­mə­lərindən nümu­nə­lər onu daha da mənalandı­rır, poetik də­yərini artı­rır. Hekayə­də verilən xalq nəğ­məsi də əsər­də təsvir olunan hadisə ilə təzad təşkil edir:
"Gəlin qoca kişiyə getmək istəmir, yetim saxlamaq istəmir".
"Aşıq da sazı dın­qıldadıb yanıq­lı səs­lə oxuyurdu:
 
"Mən bu də­rə­dən öt­mə­rəm,
Çadramı yellət­mə­rəm,
Ağsaqqala getmə­rəm,
Hoqqabaz oğlan gə­rək,
Kəkili saz oğlan gə­rək!.."
 
"Toy" hekayəsində lirika bü­tün poetik forma və fiqurları ilə çı­xış edə­rək nəsrin şeiriyyətini yaradır
Azərbaycan ədəbiyyatında "Toy" hekayəsi­nə alternativ olaraq Abdulla Şaiqin "Ağlaşma" hekayəsini gö­rü­rük. Hekayə­lər üslub və forma baxı­mından oxşar olduğu kimi ideya yö­nün­dən də yaxın­dır. Hər iki hekayənin süjetini mərasimin (toy və yas) təsviri təşkil edir; hər ikisində mərasim nəğ­mə­ləri verilir ( nəğ­mə və ağılar) , hər iki hekayə­də insan əməl­ləri heç bir konsepsiyaya sığ­mır. Guya milli və dini adət-ənə­nəy­lə yaşayan insan hə­lə də ibtidai tə­səv­vür­lərindən, cəha­lətindən qurtula bilmir. "Ağlaşma" hekayəsində kulminativ fikir bundan ibarətdir ki, "Bir nə­fər öl­mək­lə bü­tün ailəni öl­dür­məkmi istəyirlər?" Əl­bət­tə, burada da mü­cər­rəd dü­şün­cə tərzinin nəti­cəsi sövq­təbii ağlasığmaz olacaqdır ki, "Ertəsi gü­nü qarı­nı dəlixanaya aparmış­dılar". "Ağlaşma" hekayəsi də poetik təsvir vasitə­ləri ilə zəngin olduğu üçün­dür ki, dərin lirizmi ilə oxucunun hissləri­nə sirayət edə­rək uzun zaman təsirində saxlayır.
 
İyirminci əsrin əv­vəl­lərində Seyid Hüseyn bir tənqidçi kimi tanı­nır­dı. Seyid Hüseyn öm­rü­nün bu mər­hə­ləsində özü­nü tənqidçiliklə yanaşı istedadlı, perspektivli, daim axtarışda olan yenilikçi bir nasir kimi də gös­tərirdi. Ədibin bu dövr­də yazdı­ğı bədii əsər­lərinin janr və ideya müx­təlifliyi bunu qətiyyət­lə söy­lə­mə­yə imkan verir. Hekayə ("Aqi-valideyn və yaxud Zavallı Mə­şədi Zaman", "Qaçaq oğul və yaxud Ata mə­həb­bəti", "İn­təha­sı yoxdur", "Vahimə", "Eşq nədir", "Nadirə", "Xəya­nət", "Kərim kişinin kür­kü", v.s.), Povest ("Suzeş, yaxud iki mə­həb­bət"), əfsanə ("Ağ at və ağ çuxa"), mənsur şeir ("Seviyordum, fə­qət şimdi..."), "miniatür hekayə" adı­nı verə bilə­cəyimiz "Təbii təsvirlər" və yol oçerki ("Məş­həd xatiratım") və s. kimi bədii və ədəbi əsər­ləri onun yaradı­cı­lı­ğı­nın ilkin çağları­nın zənginliyindən xə­bər verir.
Seyid Hüseynin bədii yaradı­cı­lı­ğı ilkin mər­hə­ləsində gənclik təb­iətinin təsiri ilə lirik-psixoloji təsvirləri, sentimental pafosu ilə yaddaqalandırsa, ikinci mər­hə­lə­də o, daha çox ictimai əhəmiyyət kəsb edirdi. Seyid Hüseynin bədii tə­fək­kü­rü­nün ədəbi arenası da məhdud deyil. Onun ədəbi- tənqidi məqa­lə­lərindən də gö­rün­dü­yü kimi, geniş mütaliəli, dünya miqyasında estetik tə­fək­kü­rə malik bir şəxsiyyət olmuşdur. Hekayə­lərində də bə­zən dünya ədəbiyyatı­nın bir sıra cizgilərini sezə bilirik. "Vahimə" adlı lirik-psixoloji hekayəsinin üslubunda və ideya yü­kün­də Gi de Mopassanın "O" hekayəsinin nə­fəsini duymamaq müm­kün deyil.
1920-1930-cu illər bədii yaradı­cı­lı­ğı­nın məhsuldarlı­ğı və sər­bəstliyi, səmimiliyi baxı­mından Seyid Hüseynin ədəbi həya­tında xüsusi əhəmiyyət kəsb edir. Yeni sosial quruluşu öy­rən­mə­yə və uyğunlaşmağa çalışan yazı­çı bu dövr­də yazdı­ğı hekayə­lərində gerçək təəs­süratları­nı müm­kün qə­dər ifadə etmə­yə çalı­şır­dı.
1930 - cu illər Seyid Hüseynin yaradı­cı­lı­ğı­nın ən ağır bir mər­hə­ləsidir. Bu dövr­də yazılan əsər­lər Seyid Hüseynin fəaliyyətinin ümumi axarından tamamilə kənar bir təsir buraxır. Aydın Hüseynzadə bu mər­hə­ləni sovet ideologiyası­nın təsiri altında aşağıda­kı kimi səciyyə­ləndirir: "O illər­də Seyid Hüseyn yeni mövzulara müraciət edir, kənd­də gedən sinfi mübarizə­dən, kolxoz quruluşunun möh­kəm­ləndirilməsindən ("Yunus kişi", "Sə­nəm xala", "Köl­gə", "İki rəqib"), Bakı neftçilərinin həya­tından ("Əli­mərdan", "45-dən 65-ə"), xalqlar dostluğundan bəhs edən ("Armus") qiymətli əsər­lərini yaradır". Əslində isə, bu əsər­lərin bəzi­ləri yazı­çı­nın ideoloji cə­hət­dən silahsızlaşması­nın gös­təriciləridir, deqradasiyaya uğramış yaradı­cı­lıq nümu­nə­ləridir. Elə məhz buna gö­rə bu mər­hə­ləni Seyid Hüseyn ədəbi-bədii yaradı­cı­lı­ğı­nın ən ağır mər­hə­ləsi adlandı­rı­rıq. Çünki həya­tı boyunca ədəbi - bədii tə­fək­kü­rün­də həyat həqi­qət­ləri­nə sadiq qalmağa çalışan, "sə­nət həyat üçün­dür" qayəsini izlə­yən ədib artıq yeni quruluşun tə­ləb­lərini dərk etmiş və cəmiyyət­də baş alıb gedən mə­nəvi böhranla çarpış-barış mübarizə əzmini tamamilə itirmiş bir vəziyyət­dədir. Amma yenə də tam qətiyyət­lə deyə bilərik ki, dərin səmimiyyəti sayəsində lirik-psixoloji əhvali-ruhiyyə Seyid Hüseyn yaradı­cı­lı­ğı­nı sona qə­dər izləmişdir.
Hekayə janrında lirik-dramatik üslub Cə­fər Cabbarlı­nın romantik yaradı­cı­lı­ğı üçün də xarakterikdir ("Aslan və Fərhad", "Mənsur və Sitarə", "Gülzar", "Dilbər", "Altun heykəl" ). Ümumiyyət­lə C.Cabbarlı­nın realist nəsrini də dərin lirizm müşaiyət edir. Bu cə­hət­dən onları daha bir sıra adlar altında qruplaşdırmaq müm­kün­dür: "Mü­fəttiş", "Firuzə", "Çocuq" - lirik-epik, "Parapetdən Şamaxı yoluna qə­dər", "Papaq" - lirik-satirik hekayə­lərdir. "Qara Qən­bər" və "Gü­lər" hekayə­ləri isə emosional çalarlatdan və təsvir-tə­rən­nüm vasitə­lərindən təmizlənmiş, realist bədii təhkiyə nümu­nə­ləridir.
Cə­fər Cabbarlı­nın hekayə yaradı­cı­lı­ğına xas əsas cə­hət­lər­dən biri kimi bunu da qeyd edək ki, yuxarıda sadaladı­ğı­mız qruplaşdırmalar digər yazı­çıla­rın əsər­lərinin təhlilindən daha artıq şərtidir. Çünki hekayə­lərin çoxunda aparı­cı üslubla yanaşı, yardım­çı pafos da diqqəti çəkir. "Aslan və Fərhad", "Çocuq" hekayəsi isə üslub çalarları­nın müx­təlifliyinə gö­rə digər hekayə­lər­dən daha artıq fərq­lənir. Hekayə­lər­də lirik-epik təsvir vasitə­ləri ilə yanaşı publisistik ton da müşaiyət olunur. "Aslan və Fərhad" hekayəsində yazı­çı yeri gəldikcə geniş həcmli publisistik ricət­lər­dən istifadə edə­rək mövzunun emosianal təsirini artırmağa çalı­şır. Doğrudur, bu təsirli ricət­lər mü­əllifin etik-estetik, fəl­səfi gö­rüş­lərini əks etdirirsə də, zənnimizcə, əsə­rə vurduğu zə­rər də mübahisəsizdir : Publisistik üslub əsərin bədii də­yərini azaldır. "Çocuq" hekayəsində vəziyyət bir qə­dər fərqlidir. Əsərin üslubu epik, mövzusu isə publisistikdir. Belə ciddi bir mövzu ətrafında bədii əsər yazmaq yazı­çıdan bö­yük sə­nətkarlıq tə­ləb edir ki, bu da Cə­fər Cabbarlı­nın hekayənin ideyası­nın ekspressiv qolundan yapışaraq psixoloji portret yaratması ilə üzə çı­xır.
Lirik-publisistik hekayə janrına Yusif Vəzirin "Cavan", Seyid Hüseynin ailə-məi­şət məzmunlu "Bir hekayə"si də gö­zəl nümu­nə­lərdir. Şəfi­qə xanım Əfəndizadənin hekayə­ləri və elə­cə də povestləri ( "İki yetim bə yaxud Kərimin himməti" və s.) lirik-publisistik-didaktik üslubdadır. Lirik-publisistik hekayə­lərin tematikası ək­sə­rən maarifçiliyin təbliğini , etika və estetika mə­sə­lə­lərini, fəl­səfi dü­şün­cə­ləri, sosial-siyasi problemləri əhatə edir.
Azərbaycan nəsr tarixində lirik üslubun yük­sə­lən xətt üz­rə inkişaf etməsinin əsas sə­bəb­lərindən biri budur ki, elmi-fəl­səfi tə­fək­kü­rü­müz öz ifadəsini klassik poeziyada tapmış, nəsr dilimiz isə dastan və nağıllarda inkişaf etdirilmişdir. Bu məqamda Mirzə Fə­təli Axundovun "Nəzm və Nəsr haqqında" tənqidi məqa­ləsindən sitat yerinə dü­şər: " Hər dilin tə­kəl­lü­mü və kitabəti qərari-mü­təarif üz­rə nəsr ilədir və gahi bir para məzaminin fəhmindən ziyadə ləz­zə­tənduz və mü­təəssir olmaq üçün tə­kəl­lüm və kitabət şeir ilə olur". Məqa­lənin məzmunundan da Azərbaycan nəsrinin vəziyyəti açıq-aşkar məlum olur. Gö­rün­dü­yü kimi, məqa­lə nəzmin və nəsrin təhlilini nə­zər­də tutsa da, mü­əllif nəsr­lə bağlı demə­yə bir kəl­mə söz tapmayıb təhlilini yalnız nəz­mə həsr etmə­yə məcbur olmuşdur. Buna gö­rə də belə qən­aə­tə gə­lə bilərik ki, Azəbaycan bədii nəsr dili nağıl və dastanları­mız üzərində tə­şək­kül tapdı­ğı üçün bədii təhkiyə­də epiklikdən daha çox " şirin təhkiyə" adı­nı verdiyimiz lirizm dərinlik təşkil edir. /azyb.az/

Digər Məqalələr