Kəramət Böyükçöl: Atama verilən evi satıb ayrı bir ev almağı düşünürük - MÜSAHİBƏ
31/10/2012
Evlənməyə hazırlaşan gənc yazar Kəramət Böyükçöllə müsahibə.
- Evlənmək qərarını necə qəbul elədin?
- Demək olar ki, bütün qərarlarımı qəflətən verirəm. Həyatımda mənim üçün əhəmiyyəti olan hər şey birdən-birə baş verib. Və deyim ki, mən yazmağa da qəflətən başlamışam. Elə birdən-birə hiss eləmişəm ki, nəsə yaza bilirəm. Ailə qurmaq da həmçinin. Qəflətən baş verdi. Qəflətən bir qıza vuruldum və ailə qurmaq qərarına gəldim. Əslində evlənmək həbs cəzasıdır, burda əfv yoxdur. Ancaq bu gözəl bir həbsdir.
- Səncə, evlilik yazara xeyirdir yoxsa ziyan?
- Mən ağıla tabe olmuş ürəyə çoxdan əlvida demişəm. Düşnmürəm ki, ailə həyatı yaradıcılığıma mane ola bilər. Mən ümumiyyətlə düşünmürəm ki, bu yaşa qədər nəsə yazmışam. Nə yazmışamsa bunların hamısı gələcəkdə yazacaqlarım üçün bir hazırlıqdır, məşqdir.
- Evlənmək üçün evin varmı? Evlənmək evdən başlayı axı.
- Atama verilən evi satıb ayrı bir ev almağı düşünürük. O ev satılana qədər ailəmizlə bir yerdə qalacağıq. Həm ev olmasa da olar, dünya bizim evimizdi onsuz da.
- Toy fəqrli olacaqmı?
- Məncə, fərqli heç nə olmayacaq. Əgər az adamın iştirak edəcəyi bir toy fərqli bir şeydirsə, hə belə olacaq. Daha sonra, toyda yaxşı rəqs eləməyi düşünürəm və s.
- Toy nə vaxt baş tutacaq?
- Noyabrın 10-da nişanım olacaq. Yazqabağı da toy olar yəqin.
Avanqard.net
Digər Məqalələr
Azad Qaradərəli: "AYB-dan uzaqda qalmaq, təbii çətinliklər yaradıb mənə"
“Wall Street”də Nigar Əliyeva tərəfindən açılmış “America IDream” şirkəti