Günay Əmirova - Ruhun yorğunluğu
05/06/2014
Arxaya
çönüb baxmaq, əgər ruh yorğunluqdan taqətin qalıbsa.. Cismin, ruhun, düşüncələrin dəyişib damcı-damcı... O vaxtdan daha nələr dəyişməyib bir sorsan, səhərə qədər danışsam... Fikrimdə düyünlənib qalan hisslərim bu gün hərf-hərf düşür kəlmələrin məcrasına... İndi gəl bir kəndir tap, əgər cəsarətin çatsa, çıx qurtar burdan... Covlan edən dəli ruhun zərif toxunuşununu hiss etsən, onda bəlkə anlarsan məni...
Bizdə alınmadı deməklə, "qismət..." adlı təsəlli qoyarsan taleyimizin adını....! "Sən güclüsən", "Sən bacaracaqsan" sözləriylə uzaqlaşarsan sakit-sakit kölgə kimi... Sənə olan duyğularımı laqeydliklə “ilbizə tökülən düz kimi” yox edirsən. Sən öz həyatını yaşayırsan. Axtarışdasan, bəlkə çıxar qarşıma o mükəmməl xanım. Amma fərqində deyilsən ki, bir zamanlar var idi o xanım həyatında. Bəlkə fərqində olacaqsan, bəlkə gündəlik məişət qayğıları alacaqsan səni ağuşuna. Bəlkə də epizodlar yuxuna gələcək, ayılanda yaddaşından sürüşüb gedəcək. Bəlkə də..... Bəlkə də.... Bəlkə də, mən də sənin kimi laqeyd olsam... Sənə olan hisslərim bir muncuq dənələri kimi bir-bir sürüşüb düşsə qəlbimin yaddaşından.

Vals çalınır qulaqlarımda, mən bəyaz geyimdə dəniz kənarında qırçınlı ləpələrin müşayiəti ilə əllərimi havaya qaldırıram, dövrə vurub rəqs edirəm, sən peyda olursan.. Məni alırsan atın tərkinə, olanlar yuxudu, yoxsa reallıq?! Bunu artıq sən bilirSƏN...!
Sonunda deyirəm heç nəyçün ürəyini sıxma, çünki nə bu dərdlər qalacaq, nə də bu ömür...
━━━━┓ \\
┓┓┓┓┓┃
┓┓┓┓┓┃ ヽ○ノ
┓┓┓┓┓┃ /
┓┓┓┓┓┃ ノ)
┓┓┓┓┓┃
┓┓┓┓┓┃
┓┓┓┓┓┃
┓┓┓┓┓┃
┓┓┓┓┓┃