Avanqard

Əsəd Cahangirin xalq yazıçısı Elçinə həsr etdiyi “On üçüncü gecə” kitabı çap olunub

25/11/2016

Tənqidçi Əsəd Cahangirin xalq yazıçısı Elçinə həsr etdiyi “On üçüncü gecə” kitabı çap olunub.
 
Ə. Cahangirin verdiyi məlumata görə, “Təhsil” nəşriyyatı tərəfindən çap olunan kitabda Elçin Əfəndiyevin yaradıcılığı haqqında yazdığı məqalələr toplanıb. Müxtəlif vaxtlarda dövrü mətbuatda dərc olunan, Elçinin ayrı-ayrı bədii əsərlərinə, məqalələrinə həsr olunan yazılardan ibarət yeni nəşr müəllifin dördüncü kitabıdır. İndiyə qədər onun “Qədim türk ədəbiyyatının linqvistik poetikası”, “Ağ saç, qara saç”, “Kim yatmış, kim oyaq” kitabları işıq üzü görüb.
 
“On üçüncü gecə” kitabının redaktoru yazıçı Mustafa Çəmənlidir. /APA/

Digər Məqalələr