Əsəd Cahangir Qan Turalının romanından yazdı
25/01/2016
Qan Turalının yaxın günlərdə işıq üzü görəcək \"Fələk qırmancı\" romanının
əlyazmasını oxudum. Roman müasir Azərbaycan gənclərİndə nihilizmin kökü
nədədir sualına aydın cavab verir.
Müəllifin bundan öncə yazdığı \"Mustafa\" romanı Azərbaycan insanının siyasi iflasını göstərirdi. Bu ölkədə azad siyasi fəaliyyət heç bir perspektiv vəd etmir. Qəhrəmanın uğursuz siyasi fəaliyyəti timsalında roman bunu deyirdi.
\"Fələk qırmancı\" isə Azərbaycan gənci, konkret desək, yazıçısının mənəvi iflasını göstərir. İki xətdən (tarixi və müasir) ibarət romanın tarixi xətti din və təriqətlərin insanı xilas etməsinə dair fikirlərin əfsanə olduğundan danışır. Müasir xətt isə hər yerdən qovulmuş insanın son sığnacağı olan ədəbiyyatın da onu yaşatmadığından söz açır - nə mənəvi, nə də maddi cəhətdən.
Hər iki romanda qəhrəman sevgi planında da xoşbəxtliyini tapa bilmir.
Və iki əsərdən doğan yekun qənaət: - fəaiyyət azadlığı yoxdur (birinci roman), düçüncə azadlığı da yoxdur (ikinci roman) Bircə yol qalır - ölüm. Təsadüfi deyil ki, birinci romanın qəhrəmanı mənən, ikinci romanın qəhrəmanı isə həm də cismən ölür.
Birinci romanının qəhrəmanının (Mustafa) Məhəmməd əleyhissəlama, ikincinin isə (Mehdi) Mehdi Sahibəzzamana işarə olduğunu nəzərə alsaq, bu əsərləri ən genəldə antiislam düşüncənin məhsulu kimi anladım. Birinci roman islami düşüncənin tarixi önəmini, ikincisi isə Mehdinin gələcək zühuru ilə bağlı xilaskar perspektivini inkar edir.
Müəllif nə birinci, nə ikinci əsərində sökdüyünün yerində nəsə tikmir. Görünür o, bunu üçüncü kitabında həyatıa keçirəcək və trilogiyasını tamamlayacaq. Trilogiyanın bir adı ola bilər - \"Azadlıq\".
\"Mustafa\" ilə müqayisədə xeyli təkmilləşsə də, bu əsərdə də Qan Turalının romançılıq baxımından müəyyən problemləri hələ qalır. Bunlardan ən vacibi əhvalatçılığın psixologizmi üstələməsi, başqa sözlə, oksigen çatışmazlığıdır. Bəzən sürətlə cərəyan edən hadisələrn sayını azaltmağa, təkkə həyatı ilə bağlı uzun-uzadı təfərrüatlardan qaçmağa, bunun əvəzinə qəhrəmanların daxili aləmini açmağa ehtiyac hiss olunur.
Bəzi səhnələr qeyri-inandırıcı görünür. Kənddən gəlmiş Zeynəbin yazıçı Mehdiyə vurulmasının daha dərindən əsaslandırılması lüzumu duyulur. Qəhrəmanın finalda intiharı inandırıcı surətdə motivləndirilmir. Romanda parlaq bədii boyalarla işlənmiş səhnələrlə az üzləşir, hadisələri görməkdən daha çox, onlar haqqında eşidirik. İki zamanın qarşılaşdırılması, yaxud itmiş əlyazma söhbətləri müxtəlif romanlarda dəfələrlə rastlaşdığımız tanış üsullar təsiri bağışlayır.
Bütün bunlarla bərabər, düşüncəsinin zaman diapazonuna, problemə fundamental münasibətinə, mətnə alt yapı qoymaq qabiliyyətinə görə yaşıdlarından çox az adamı Qan Turalı ilə müqayisə etmək olar.
Qan Turalı və onun yaşıdları indi özlərinə bir sual verməlidrlər - min illərlə sürən homo sapiens erasının bitdiyi, post insan erasının başlandığı dövrün yazarı olaraq mən oxucuya nə deyirəm və nə deməliyəm? Məncə, bu, yazıçı qarşısnda günün ən aktual tələbidir və yalnız bu tələbin önəmini anlayanlar çağdaş zamanla bərabər at başı yürütməyə qadir olduqlarını sübut edəcəklər.

Digər Məqalələr
2024-08-27 01:25:09
Azad Qaradərəli - Alman şərqşünasın hekayələrim haqqında yazdıqları
2024-05-01 03:46:20
Cavanşir Yusifli - Gənc şairlərə məktub - Sözün ayağı dəyməyən yerlər
2023-10-27 10:19:49
Bədirxan Əhmədli - Akademik Kamal Talıbzadənin portret cizgiləri üzərinə